"İqtisadi müharibə" başladı: İnflyasiya, işsizlik, bahalaşma olacaq...


Siyasət 03 Apr 2025 12:00:00 80 0

"İqtisadi müharibə" başladı: İnflyasiya, işsizlik, bahalaşma olacaq...

Məlum olduğu kimi, Donald Tramp Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə, demək olar ki, Rusiyadan başqa hamısına yeni gömrük rüsumları tətbiq edib. Ölkəmizə 10 faiz gömrük rüsumu tətbiq olunacaq. Siyahıda Rusiyanın olmamasına səbəb isə bu iki ölkə arasında ticarət əlaqələrinin ümumiyyətlə dayandırılmasıdır.

Donald Tramp istəyir ki, daxili bazarı qorusun, ölkə iqtisadiyyatı canlansın, xaricdən gələn mallara tələbat azalsın. Onun istədiyi qısa vaxt müddətində mümkün olacaq, lakin, uzunmüddətli mərhələdə bu qərarlar həm ABŞ iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına mənfi təsir edəcək.

Tramp Azərbaycana 10% rüsum qoydu Kürsüyə çıxıb dünyanı təhdid etdi - Gərginlik olacaq "Onlar dostumuzdur, amma bizi soyurlar"

Dünya Ticarət Təşkilatı qaydalarına əsasən hər hansı bir ölkənin ticarət maneələri yaratması digər dövlətlərə cavab tədbirləri görmək hüququ verir. Əgər ABŞ-nin tətbiq etdiyi rüsumlar genişlənərsə, digər ölkələr də cavab tədbirlər görəcək və qlobal ticarət müharibəsi yaranacaq.

ABŞ-nin Xəzinədarlıq Katibliyinin rəhbəri Skott Bessent açıqlama verərək bildirib ki, gömrük rüsumlarının tətbiqinə digər ölkələr cavab verməsə yaxşı olar, əks halda gərginlik yarana bilər. O, aşkar şəkildə iqtisadi müharibə ilə bağlı siqnal verib. Bəs Donald Trampın gömrük rüsumları ilə bağlı yeni qaydasının tətbiqi dünya iqtisadiyyatına necə təsir edə bilər?

Trampın bu siyasətinin əsas məqsədi iqtisadi cəhətdən Çindən asılılığı azaltmaqdır. Lakin bu addımın nəticələri təkcə ABŞ iqtisadiyyatı ilə məhdudlaşmır. Donald Trampın gömrük rüsumlarını artırması dünya iqtisadiyyatında ticarət münasibətlərini gərginləşdirərək istehsalat, istehlak və maliyyə bazarlarına ciddi təsir göstərəcək.

Bu qərardan ən çox Çin və Avropa İttifaqı kimi ABŞ-nin əsas ticarət tərəfdaşları təsirlənəcək. ABŞ bu ölkələrə qarşı daha yüksək tariflər tətbiq etdiyi üçün onlar da öz növbəsində cavab tədbirləri görərək ABŞ mallarına rüsumlar qoya bilər. Bu isə ticarət müharibəsinin daha da dərinləşməsinə və qlobal ticarətin zəifləməsinə gətirib çıxaracaq.

Bahalaşma olacaq

Gömrük rüsumlarının artırılması xarici malların qiymətini bahalaşdıraraq onların rəqabət qabiliyyətini azaldır. Bu isə idxal olunan məhsullara tələbin azalmasına və nəticədə ixracatçı ölkələrin iqtisadi artımının zəifləməsinə səbəb ola bilər.

Daha yüksək rüsumlar bahalaşmaya səbəb olacaq. Xüsusilə gündəlik istifadə edilən məhsullar, elektronika, avtomobillər və sənaye xammalı bahalaşa bilər. Müəssisələr artan xərcləri istehlakçılara ötürdüyü üçün inflyasiya yüksələcək və insanların alıcılıq qabiliyyəti azalacaq. Bu isə iqtisadiyyatda tələbin azalmasına gətirib çıxara bilər.

Məlum məsələdir ki, bir çox ABŞ şirkəti istehsal zamanı xarici xammaldan istifadə edir. Rüsumların artırılması xammalı bahalaşdırdığı üçün istehsal xərcləri artacaq. Bəzi şirkətlər də bu vəziyyətdən çıxış yolu kimi işçilərin ixtisarına başlayacaq. Yəni, idxal məhsullarına rüsum tətbiq edilməsi bəzi yerli istehsalçıları qoruya bilər, lakin uzunmüddətli perspektivdə sənaye sektoruna zərər vuracaq

İnflyasiyanın yüksəlməsi ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini artırmağa məcbur edə bilər. Bu da kredit faizlərinin bahalaşmasına və investisiya imkanlarının azalmasına səbəb olacaq. İnflyasiya nəzarətdən çıxarsa, iqtisadi böhran ehtimalı da güclənə bilər.

Ticarət müharibəsi dərinləşsə...

Xarici ölkələr ABŞ məhsullarına qarşı cavab tədbirləri görsələr, bu, ixracatçı sektorlar üçün ciddi problemlər yaradacaq. Məsələn, Çinin və Avropa İttifaqının ABŞ-nin kənd təsərrüfatı və avtomobil sənayesinə qarşı rüsumlar tətbiq etməsi ABŞ-nin ixracatına ciddi zərbə vura bilər. Bu da iş yerlərinin ixtisarına və işsizliyin artmasına səbəb ola bilər.

Ticarət müharibələri investorlar arasında da narahatlıq yaradır. Bu da öz növbəsində fond bazarlarında dalğalanmalara səbəb olur. Sərmayəçilər riskdən qaçmaq üçün daha etibarlı investisiyalara üstünlük verir. Qlobal bazarlarda qeyri-müəyyənliyin artması korporativ investisiyaların azalmasına və səhmlərin dəyər itirməsinə səbəb ola bilər. Xüsusilə texnologiya, avtomobil və sənaye şirkətlərinin səhmləri Trampın rüsum siyasətindən birbaşa təsirlənə bilər.

ABŞ-nin digər ölkələrə qarşı sərt ticarət siyasəti yürütməsi onların alternativ bazarlara yönəlməsinə səbəb ola bilər. Məsələn, Çin və Avropa İttifaqı ABŞ-dən asılılığı azaltmaq üçün Asiya və Latın Amerikası bazarlarına daha çox diqqət yetirə bilər. Bu isə ABŞ-nin qlobal ticarətdəki payını azalda və uzunmüddətli iqtisadi böhran riskini artıra bilər.

Trampın bu siyasəti qısamüddətli dövrdə bəzi yerli istehsal sahələrinə müsbət təsir edə bilər, lakin uzunmüddətli perspektivdə iqtisadiyyata mənfi nəticələr verəcək. Daha bahalı idxal malları istehlakçıların xərclərini artıracaq, ABŞ sənayesinin istehsal xərclərini yüksəldəcək və ixrac sektorunu zəiflədəcək.

Trampın gömrük rüsumlarını artırması dünya iqtisadiyyatında ticarət balansını dəyişərək qlobal bazarlarda qeyri-müəyyənlik yaradır. Qısa müddətdə bəzi sahələrdə istehsal və məşğulluğa müsbət təsir göstərsə də, uzunmüddətli dövrdə qlobal ticarətin azalması, istehlak xərclərinin artması, inflyasiyanın yüksəlməsi və maliyyə bazarlarında risklərin artması kimi mənfi nəticələr doğura bilər. Əgər ticarət müharibəsi başlasa, dünya iqtisadiyyatında yavaşlama qaçılmaz olacaq.

Bəxtiyar Umarlı Son.az

Mina faciələri: bu bəladan qurtulmaq üçün nə etməliyik? like
  • 03 Apr 11:58  
Digərləri Mina faciələri: bu bəladan qurtulmaq üçün nə etməliyik?

Dünən Ağdam rayonunun Çəmənli kəndində 57 yaşlı Nurəddin Abbasov mal-

arrow Ətraflı
Bakıda yük maşını AŞDI  VİDEO like
  • 03 Apr 11:53  
Digərləri Bakıda yük maşını AŞDI VİDEO

Paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı növbəti dəf

arrow Ətraflı
Mayda toyu olacaqdı  Nişanı qaytardı  FOTOlar like
  • 03 Apr 11:46  
Şou-biznes Mayda toyu olacaqdı Nişanı qaytardı FOTOlar

Hollivudun məşhur aktrisalarından olan Sidni Svini şəxsi həyatı ilə gün

arrow Ətraflı
Həbsdə olan Azər Qasımlı barədə qərar verildi like
  • 03 Apr 11:40  
Kriminal Həbsdə olan Azər Qasımlı barədə qərar verildi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsin

arrow Ətraflı
9 ballıq zəlzələ GÖZLƏNİLİR: 300 min nəfərə ölüm təhlükəsi like
  • 03 Apr 11:21  
Dünya 9 ballıq zəlzələ GÖZLƏNİLİR: 300 min nəfərə ölüm təhlükəsi

Sakit Okean sahillərində Nankai çuxurunda baş verməsi gözlənilən 9 bal g

arrow Ətraflı
Volkan Konakı təhqir etmişdi  araşdırma başlandı like
  • 03 Apr 11:16  
Digərləri Volkan Konakı təhqir etmişdi araşdırma başlandı

İstanbul Çatalca vilayət müftisi Əhməd Mehmetalioğlunun bir neçə gün �

arrow Ətraflı
"Yaşca böyük kişilərlə sevgili olacağam, gənclərin heç kimə faydası yoxdur” like
  • 03 Apr 11:06  
Şou-biznes "Yaşca böyük kişilərlə sevgili olacağam, gənclərin heç kimə faydası yoxdur”

"Bir çox qadınla birlikdə olmuş böyük kişilərlə sevgili olacağam"

arrow Ətraflı
Tramp Azərbaycana 10% rüsum qoydu like
  • 03 Apr 11:05  
Dünya Tramp Azərbaycana 10% rüsum qoydu

Tramp ABŞ-yə bütün dünya ölkələrindən malların idxalına rüsumlar tə

arrow Ətraflı
Bu ərazi susuz qalacaq like
  • 03 Apr 11:04  
Digərləri Bu ərazi susuz qalacaq

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə

arrow Ətraflı
“Onlar dostumuzdur, amma bizi soyurlar” like
  • 03 Apr 10:58  
Dünya “Onlar dostumuzdur, amma bizi soyurlar”

ABŞ Avropa İttifaqından (Aİ) gələn bütün mallara 20 faizlik gömrük rü

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxslər SAXLANILDI like
  • 03 Apr 10:42  
Kriminal Azərbaycanda vəzifəli şəxslər SAXLANILDI

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində əməli

arrow Ətraflı
Dünyanın ən varlı adamları: sərvətləri dodaq uçuqladır like
  • 03 Apr 10:40  
Dünya Dünyanın ən varlı adamları: sərvətləri dodaq uçuqladır

"Forbes" jurnalı 2025-ci il üzrə dünyanın ən varlı adamlarını

arrow Ətraflı
Boykota qoşulan aktrisanın sevgilisi də TRTdən uzaqlaşdırıldı  FOTO like
  • 03 Apr 10:39  
Digərləri Boykota qoşulan aktrisanın sevgilisi də TRTdən uzaqlaşdırıldı FOTO

Aybüke Pusatın sevgilisi də TRT-dən uzaqlaşdırılıb

arrow Ətraflı
Aysun atalığını dollar yağışına tutdu  VİDEO like
  • 03 Apr 10:25  
Şou-biznes Aysun atalığını dollar yağışına tutdu VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı