Bu gün Ümumdünya Gülüş Günüdür


Digərləri 01 Apr 2025 00:11:00 77 0

Bu gün Ümumdünya Gülüş Günüdür

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.

Son.az xatırladır ki, 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqqında müxtəlif versiyalar var.

Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.

Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı günü" də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda, Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.

Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxadan öncəki dövr yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.

Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bunun zarafatyana bir tədbir olduğu qeyd edilib.

Tezliklə bu ənənə bütün dünyada o cümlədən Azərbaycanda yayıldı. Düzdür bu gün hamı çalışır aldanmasın, amma yenə də aldananlar da olur.

Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat xarakterli dərc olunan xəbərlər güldürsə də, kimlərsə gülüş üçün yayımlanan xəbərlərə xeyli ciddi reaksiyalar verir. Bu tendensiya ən çox xarici KİV-də öz əksini tapır. Son.az

Məşhur aktyor iki ayda 15 kilo arıqladı like
  • 01 Apr 00:10  
Şou-biznes Məşhur aktyor iki ayda 15 kilo arıqladı

Məşhur aktyor və aparıcı Onur Büyüktopçu, son iki ay ərzində 15 kiloqr

arrow Ətraflı
Günün qoroskopu: Sürətli qərarlar vermək sizi tələyə sala bilər like
  • 01 Apr 00:01  
Digərləri Günün qoroskopu: Sürətli qərarlar vermək sizi tələyə sala bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Le Pen apellyasiya şikayəti verəcək like
  • 31 Mar 23:48  
Dünya Le Pen apellyasiya şikayəti verəcək

Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının rə

arrow Ətraflı
Ucarda ağır qəza, 4 nəfər xəsarət aldı like
  • 31 Mar 23:39  
Digərləri Ucarda ağır qəza, 4 nəfər xəsarət aldı

Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.

arrow Ətraflı
Həkimlər bu səbəbdən ağ xalat geyinirlər like
  • 31 Mar 23:38  
Digərləri Həkimlər bu səbəbdən ağ xalat geyinirlər

Dünya həkimlərinin səksən faizi ağ xalat geyinir. Günümüzdə tibb müə

arrow Ətraflı
Ölümündən üç dəqiqə əvvəl... like
  • 31 Mar 23:26  
Şou-biznes Ölümündən üç dəqiqə əvvəl...

Respublikasında verdiyi konsert zamanı qəfil halı pisləşib və onun həyat

arrow Ətraflı
Məktəblərdə yay tətilinin müddəti artırılır: Dərslər bu tarixdə başlayacaq? like
  • 31 Mar 23:15  
Digərləri Məktəblərdə yay tətilinin müddəti artırılır: Dərslər bu tarixdə başlayacaq?

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərl�

arrow Ətraflı
TikTok fenomeni saxlanıldı  VİDEO like
  • 31 Mar 23:09  
Şou-biznes TikTok fenomeni saxlanıldı VİDEO

TikTok fenomeni Pavel Dvoretski fırıldaqçılıq ittihamı ilə saxlanılıb.

arrow Ətraflı
Bakıda avtomobil piyadanı vurdu like
  • 31 Mar 23:05  
Digərləri Bakıda avtomobil piyadanı vurdu

Bakı şəhərinin Məhəmməd Hadi küçəsində avtomobil piyadanı vurub.

arrow Ətraflı
Radar bəzi nömrələri niyə düz oxumur? like
  • 31 Mar 23:00  
Digərləri Radar bəzi nömrələri niyə düz oxumur?

Bir sürücünün törətdiyi inzibati xətanın cəriməsi oxşar dövlət qeyd

arrow Ətraflı
Azərbaycanda ən çox donuz olan rayonlar like
  • 31 Mar 22:46  
Digərləri Azərbaycanda ən çox donuz olan rayonlar

2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 3103 donuz

arrow Ətraflı
Yazda böyük uğur qazanacaq like
  • 31 Mar 22:32  
Digərləri Yazda böyük uğur qazanacaq

Yazın ortası bəzi bürclər üçün yenilənmə və firavanlıq dövrü olaca

arrow Ətraflı
İndoneziya sahillərində güclü zəlzələ oldu like
  • 31 Mar 22:21  
Dünya İndoneziya sahillərində güclü zəlzələ oldu

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Özbəkistanda məsciddə partlayış:  3 ölü, 10 yaralı var like
  • 31 Mar 22:20  
Dünya Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı var

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlam

arrow Ətraflı