Məktəblərdə yay tətilinin müddəti artırılır: Dərslər bu tarixdə başlayacaq?
Digərləri 31 Mar 2025 23:15:00 72 0
Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətini bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrində, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur.
Bu xəbəri də oxu: Kadırov 17 yaşlı oğluna yüksək vəzifə verdi FOTO
Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. Xüsusilə iyul və avqust aylarında temperaturun 40°C-yə qədər qalxması, xüsusilə də, şagirdlər üçün əlverişsiz şərait yaradır. Son illərdə iqlim dəyişikliyi ilə bağlı havaların daha da isinməsi bir sıra ölkələri tədris müddətinə yenidən baxmağa vadar edib.
Maraqlıdır ölkəmizdə yay tətilinin müddəti artırıla bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov News24.az-a açıqlamasında bildirib ki, dünyanın bütün ölkələrində yay tətili uzunmüddətli olur:
"Adətən bu müddət 8-12 həftə arasında dəyişir ki, bu da 2-3 ay deməkdir. Azərbaycan 2004-cü ildən etibarən yarımillik sistemə keçib. Buna baxmayaraq, yaz, payız və qış tətillərinin müddəti kifayət qədər qısa olur. Rüblük sistemə keçid daha məqsədəuyğun olardı. Dünyanın müxtəlif ölkələrində təhsil ilinin müddəti 36-42 həftə olduğu halda, Azərbaycanda bu müddət 34 həftədir. Təhsil ilinin müddətinin uzadılması ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb".
Ekspertin sözlərinə görə, əgər təhsil ilinin başlama tarixi 14 sentyabr olaraq müəyyən edilibsə və dərslər iyunun əvvəlinə qədər davam etməlidir, bu zaman tədris ili daha səmərəli təşkil oluna bilər:
"İyunun 1-dən 14-nə qədər olan müddət qiymətləndirmə prosesi üçün ayrılsa, yay tətilinin müddəti indiki 12 həftədən 10 həftəyə enəcək. Bu dəyişiklik Azərbaycanın təhsil sistemini beynəlxalq təcrübəyə daha da yaxınlaşdıracaq. Çünki dünyanın müxtəlif ölkələrində də yay tətilinin orta hesabla 10 həftə olduğu müşahidə edilir".
Qafarov əlavə edib ki, Azərbaycan isti ölkələr sırasında yer alır və burada tədris ilinin düzgün planlaşdırılması vacibdir. Əgər yay tətili iyunun 1-də başlayıb, sentyabrın 14-də bitsə, bu, həm tədris planına uyğunlaşmış olacaq, həm də şagirdlərin yüklənməsinin qarşısını alacaq. Son.az
TikTok fenomeni Pavel Dvoretski fırıldaqçılıq ittihamı ilə saxlanılıb.

Bakı şəhərinin Məhəmməd Hadi küçəsində avtomobil piyadanı vurub.

Bir sürücünün törətdiyi inzibati xətanın cəriməsi oxşar dövlət qeyd

2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 3103 donuz

Yazın ortası bəzi bürclər üçün yenilənmə və firavanlıq dövrü olaca

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlam

Son vaxtlar ölkəmizdə paytaxtın köçürülməsilə bağlı müxtəlif təkl

Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütü

Daşınan evlərə tələbat artır - Bu tendensiya mənzillərin qiymətinə t�

Müxalifətin təşkil etdiyi etiraz aksiyasının iştirakçıları və vətən

Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyə

Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri

Xalq artisti Faiq Ağayev "atasız qızı oğluma almaram" deyən Niga
