Kamaləddin Qafarov: “31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir”


Siyasət 31 Mar 2025 12:00:00 86 0

Kamaləddin Qafarov: “31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir”

"Məlum olduğu kimi, ermənilərin azərbaycan xalqına qarşı həyata keçirdikləri kütləvi qırğınların tarixi heç də son 30 ili əhatə edən işğal dövrü ilə məhdudlaşmır. Hələ XIX əsrin əvvəllərində çar Rusiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki yüz il ərzində bu bölgənin bütün yerli sakinlərinə və ilk növbədə azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər."

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı hadisələri də Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. "Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra tarixdə ilk dəfə olaraq, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalına milli hökumət tərəfindən siyasi qiymət vermək cəhdi edildi. Lakin Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milli əhəmiyyət kəsb edən bir çox məsələlər kimi, "Mart qırğınları" mövzusu da ciddi qadağalar altına düşdü. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tariximizə "31 Mart soyqırımı" kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal miqyasda dünyaya yayılması istiqamətində əsaslı şəkildə işə başlanıldı."

K.Qafarov Azərbaycan dövlətinin uzun illər ərzində göstərdiyi ciddi səylər nəticəsində bu gün artıq bütün dünya ictimaiyyətinin erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində xalqımıza və Azərbaycan ərazilərində yaşayan digər xalqlara qarşı törətdikləri etnik təmizləmə, deportasiya və soyqırımı faktları barədə kifayət qədər məlumatlı olduğunu diqqətə çatdırıb: "Rusiyada baş vermiş 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. 1918-ci ilin mart ayından "Əks-inqilabi ünsürlərlə mübarizə" şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. 1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan olundu."

K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardığını vurğulayıb: "Azərbaycan xalqı 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz gələcəyi naminə əzm və fədakarlıqla çalışaraq dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu. 2023-cü ilin sentyabr ayında keçirilmiş və cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu tarixi Qələbəsi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz həm də uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi" .

Tanınmış telejurnalistlər evləndilər like
  • 31 Mar 11:58  
Digərləri Tanınmış telejurnalistlər evləndilər

Tanınmış telejurnalist, Anewz televiziyasının direktoru Rüfət Həmzəyev

arrow Ətraflı
Aprel ayının ilk günü Bakıda 25 dərəcə isti olacaq like
  • 31 Mar 11:55  
Digərləri Aprel ayının ilk günü Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Sabirabadda üç körpə öldü  Prokurorluq araşdırma APARIR like
  • 31 Mar 11:46  
Digərləri Sabirabadda üç körpə öldü Prokurorluq araşdırma APARIR

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında növbəti uşaq ölümü qeydə alı

arrow Ətraflı
Təəssüf ki, Ermənistan etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir  BƏYANAT like
  • 31 Mar 11:40  
Siyasət Təəssüf ki, Ermənistan etnik nifrət və irqçiliyi təşviq edən siyasət həyata keçirir BƏYANAT

Bu gün Azərbaycan xalqı 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü

arrow Ətraflı
Bu gün meteohəssas insanlar üçün əlverişlidir? like
  • 31 Mar 11:33  
Digərləri Bu gün meteohəssas insanlar üçün əlverişlidir?

Bu gün meteohəssas insanlar üçün əsasən əlverişlidir.

arrow Ətraflı
Paşinyan yenə siyasi təlxəklik edir like
  • 31 Mar 11:28  
Siyasət Paşinyan yenə siyasi təlxəklik edir

Son günlər İrəvanda yaşanan olaylar erməni cəmiyyəti üçün Qarabağ m�

arrow Ətraflı
Bərdədə əkin sahəsindən meyit tapıldı like
  • 31 Mar 11:23  
Digərləri Bərdədə əkin sahəsindən meyit tapıldı

Bərdə rayonunun Lənbəran kəndində əkin sahəsində 58 yaşlı Famil İsma

arrow Ətraflı
Qanunsuz saxlanılan odlu silahsursat aşkar olunub like
  • 31 Mar 11:15  
Digərləri Qanunsuz saxlanılan odlu silahsursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan

arrow Ətraflı
Dünya bazarlarında neft ucuzlaşıb like
  • 31 Mar 11:07  
Digərləri Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib like
  • 31 Mar 11:00  
Digərləri Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiym

arrow Ətraflı
"Apple" şirkəti və İlon Mask arasında qarşıdurma like
  • 31 Mar 10:52  
Dünya "Apple" şirkəti və İlon Mask arasında qarşıdurma

"Apple" şirkətinin peyk əsaslı telefon bağlantısı imkanlarını

arrow Ətraflı
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib  FOTO like
  • 31 Mar 10:38  
Siyasət Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 31 Mart -

arrow Ətraflı
Bu şəxslərin sürücülük vəsiqələri etibarsız olacaq like
  • 31 Mar 10:36  
Digərləri Bu şəxslərin sürücülük vəsiqələri etibarsız olacaq

2025-ci il aprelin 1-dən Rusiya vətəndaşlığı, yaşayış və ya müvəqq�

arrow Ətraflı