Ombudsmanın 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BƏYANATI


Siyasət 31 Mar 2025 09:31:00 73 0

Ombudsmanın 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BƏYANATI

Bir əsrdən artıq müddətdə azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olan azərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarən Azərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə və xüsusi amansızlıqla soyqırımı cinayətləri törədilmişdir.

Son.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının bəyanatında deyilir.

Qeyd edilir ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı aktları tariximizin ən qanlı səhifələrindən biri, o cümlədən etnik və dini nifrət zəminində kütləvi şəkildə törədilmiş qırğınlar olaraq yaddaşlarda həkk olunmuşdur.

"Erməni millətçiləri tərəfindən aparılan anti-müsəlman, anti-Azərbaycan siyasəti kütləvi qırğınlar, kənd və şəhərlərin, tarixi, dini, mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, ailələrin tamamilə məhv olunması, azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması ilə nəticələnmişdir.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar bu torpaqlarda azərbaycanlıların varlığını silmək məqsədini daşımışdır.

Belə ki, Mart hadisələri zamanı Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi ermənilər tərəfindən yandırılaraq tamamilə dağıdılmış, günahsız əhalisi amansızlıqla qətlə yetirilmişdir. Bu cinayət əməlinin qəddarlıqla, amansızcasına və vandallıqla törədilməsi izlərini özündə əks etdirən, Quba şəhərində sonradan tapılmış həmin dövrə aid saysız-hesabsız insan sümükləri bu qətliamların bilavasitə icraçıları olan ermənilərin günahsız insanları məhz azərbaycanlı olmaları səbəbindən nifrət zəminində məhv etdiklərini bariz şəkildə sübut edir", - məlumatda vurğulanıb.

Təsdiqlənmiş sənədlər və tarixi qeydlərin mövcudluğu bu vəhşiliklərin təkzibedilməz göstəricisidir. Arxiv məlumatları, sağ qalanların şahid ifadələri, o cümlədən digər hüquqi sənədlər baş vermiş qətliamların miqyasını ətraflı izah edir, bu hadisələrin ayrı-ayrılıqda deyil, etnik təmizləməyə yönəldiyini və planlı şəkildə törədildiyini təsdiq edir. Bu sənədlərin təhlili törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir.

"Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməmişdir.

Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılması bəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir daha təkrarlanmaması və qarşısının alınması baxımından olduqca vacibdir", - qurumun bəyanatında yer alıb.

Məlumatda əlavə edilir ki, beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməli, 1918-ci ildə törədilmiş cinayət əməllərini soyqırımı kimi tanımalı, tarixi və hüquqi ədalətin bərpa olunmasına ciddi səylər göstərməlidir:

"Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib".

Dörd BÜRCÜN başına tezliklə böyük pullar yağacaq like
  • 31 Mar 09:22  
Digərləri Dörd BÜRCÜN başına tezliklə böyük pullar yağacaq

Bürcün bəzi əlamətləri yaxın zamanda maddi vəziyyətini xeyli yaxşıla�

arrow Ətraflı
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb like
  • 31 Mar 09:15  
Siyasət XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

arrow Ətraflı
İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib  FOTO like
  • 31 Mar 09:02  
Siyasət İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib FOTO

Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırım�

arrow Ətraflı
Tramp: Zelenski müqavilədən imtina etmək niyyətindədir like
  • 31 Mar 09:01  
Dünya Tramp: Zelenski müqavilədən imtina etmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin ABŞ və Ukrayna arasında re

arrow Ətraflı
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual like
  • 31 Mar 08:53  
Digərləri Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Bəzən həyatın axını bizi elə bir nöqtəyə gətirir ki, sanki hər şey

arrow Ətraflı
Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusudur? like
  • 31 Mar 08:45  
Digərləri Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusudur?

Kiçik avtoqəzalarda sürücülər nəqliyyat vasitəsini hadisə yerində saxl

arrow Ətraflı
Paşinyanın partiyası Parakarı uduzdu like
  • 31 Mar 08:36  
Digərləri Paşinyanın partiyası Parakarı uduzdu

Ötən gün Parakarda keçirilən yerli seçkilərdə "Birlik" alyans�

arrow Ətraflı
Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü like
  • 31 Mar 08:28  
Digərləri Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təms

arrow Ətraflı
Xankəndinin mərkəzindəki "edam otağı"ndan dəhşətli görüntülər like
  • 31 Mar 08:23  
Digərləri Xankəndinin mərkəzindəki "edam otağı"ndan dəhşətli görüntülər

AZTV Xankəndinin mərkəzindəki "edam otağı"na bənzəyən zirzəm

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 31 Mar 08:17  
Digərləri Türkiyədə zəlzələ oldu

Alanyada 3.9 bal gücündə zəlzələ olub.

arrow Ətraflı
Xəyanətin qeyriadi səbəbi üzə çıxdı like
  • 31 Mar 08:09  
Digərləri Xəyanətin qeyriadi səbəbi üzə çıxdı

Rusiyalı psixoloq Lyubov Lısenko cütlüklər arasında xəyanətin qeyri-adi

arrow Ətraflı
64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq like
  • 31 Mar 08:00  
Kriminal 64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq

64 yaşlı şəxs bu dəfə 85 min manatlıq dələduzluğa görə hakim qarşı

arrow Ətraflı
Məşhur türkiyəli müğənni səhnədə infarkt keçirərək öldü like
  • 31 Mar 07:31  
Şou-biznes Məşhur türkiyəli müğənni səhnədə infarkt keçirərək öldü

Şimali Kipr Türk Cümhuriyyəti Səhiyyə Nazirliyi verdiyi konsert zamanı ha

arrow Ətraflı
Apreldə bürclər nə vəd edir? like
  • 31 Mar 07:16  
Digərləri Apreldə bürclər nə vəd edir?

Aprel ayı bürclər üçün dəyişikliklər, yenilənmələr və yeni fürsət

arrow Ətraflı
Zelenskinin qazancı açıqlandı like
  • 31 Mar 07:01  
Dünya Zelenskinin qazancı açıqlandı

2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qriv

arrow Ətraflı