XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Siyasət 31 Mar 2025 09:15:00 60 0
Xarici İşlər Nazirliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: Prezidentdən İvanovka kəndi ilə bağlı sərəncam
Son.az xəbər verir ki, bəyanatda deyilir:
"Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və "Daşnaksutyun" partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə "əksinqilabçılarla mübarizə" adı altında bir sıra, o cümlədən Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.
On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.
Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.
Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il tarixində imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla baş verənlərə siyasi qiymət verilib.
XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə cinayətləri ilə davam etdirilib.
Hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq, bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq mənbəyidir.
Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin!".
Azərbaycan Prezidenti İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırım�

ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin ABŞ və Ukrayna arasında re

Bəzən həyatın axını bizi elə bir nöqtəyə gətirir ki, sanki hər şey

Kiçik avtoqəzalarda sürücülər nəqliyyat vasitəsini hadisə yerində saxl

Ötən gün Parakarda keçirilən yerli seçkilərdə "Birlik" alyans�

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təms

AZTV Xankəndinin mərkəzindəki "edam otağı"na bənzəyən zirzəm

Rusiyalı psixoloq Lyubov Lısenko cütlüklər arasında xəyanətin qeyri-adi

64 yaşlı şəxs bu dəfə 85 min manatlıq dələduzluğa görə hakim qarşı

Şimali Kipr Türk Cümhuriyyəti Səhiyyə Nazirliyi verdiyi konsert zamanı ha

Aprel ayı bürclər üçün dəyişikliklər, yenilənmələr və yeni fürsət

2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenski və ailəsi 15,2 milyon qriv

Özünü tanımaq insanın həyatında ən vacib proseslərdən biridir. Güclü
