15 kq narkotikə görə 13 il həbs "TikTok"dakı iranlı 3 min vəd etmişdi
Digərləri 30 Mar 2025 18:15:00 83 0
Astarada 15 kiloqram narkotiklə tutulan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Bakıdakı uşaq sığınacağında VİRUS YAYILDI
Son.az musavat.com-a istinadən xəbər verir ki, 36 yaşlı Aqil Şirəliyev külli miqdarda narkotik vasitə əldə etmə, satma və qaçaqmalçılıq ittihamı ilə hakim qarşısına çıxarılıb.
İttihama görə Aqil Şirəliyev sosial şəbəkədə tanış olduğu Əmirmehdi adlı iranlı şəxsin göstərişi ilə Astara rayonun Ərçivan qəsəbəsi ərazisində, "Ələt-Astara" magistralında, yol nişanının yaxınlığında gizlədilən 15 kiloqram narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Aqil Şirəliyev istintaq zamanı etirafedici ifadə versə də məhkəmədə özünü qismən təqsirli bilib.
Deyib ki, iranlı Əmirmehdi ilə TikTokda tanış olub. Onun istəyi ilə 1 kiloqram narkotiki dediyi yerdən götürməyə razılaşıb. Qarşılığında ona 3 min manat pul veriləcəkmiş. Aqil maddi imkanı zəif olduğu üçün razılaşdığını deyib.
İstintaq zamanı onun iranlı şəxslə telefon danışıqları, yazışmaları sübut kimi qiymətləndirilib.
Məhkəmə istintaqı zamanı Aqil Şirəliyevin təqsiri sübuta yetirilib və hökmə əsasən onun barəsində 13 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Avropalı tənzimləyicilər kriptovalyutalara sahib olan sığorta şirkətlər

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampa cavab məktubunda birbaşa dan�

İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsin

Martın 31-i siyasi partiyaların 2024-cü il üzrə illik maliyyə hesabatları

Okeaniyada Tonqa sahillərində 7 bal gücündə zəlzələ baş verib.

Yatağınızı paylaşan biri, simptomları siz yatarkən görünən və adətə

Rusiya ordusu Donetsk vilayətinin Zaporojye yaşayış məntəqəsini ələ ke�

Avstraliyanın ucqar qəsəbəsi olan Culia Krikdə illik 428 min dollar (təx.

Aktrisa Beren Saat Türkiyədə mitinqlər zamanı saxlanılan gənclər üçün

Almaniyanın Potsdam İqlim Təsirləri Araşdırma İnstitutunun (PIK) alimlər

80 mindən çox müsəlman Ramazan bayramı münasibətilə Moskva məscidi və

"Kanal D"də yayımlanan "Arka sokaklar" serialına yeni akt
