Gündəlik optimal yuxu vaxtı
Digərləri 26 Mar 2026 19:45:00 77 0
Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər. Məhz bu qədər istirahət insulinə davamlılığın (insulinrezistentlik) ən aşağı səviyyəsi ilə əlaqələndirilib. Bu isə 2-ci tip diabetin yaranma riskini artıran əsas amillərdən biridir.
Bu xəbəri də oxu: Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR
Son.az xarici mediaya istinadən xəbər verir ki, çinli alimlər böyük bir insan qrupu üzərində yuxu keyfiyyəti və maddələr mübadiləsinin vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. Məlum olub ki, ən yaxşı metabolik göstəricilər təxminən yeddi saatdan bir qədər artıq yatan iştirakçılarda müşahidə olunub. Eyni zamanda həm yuxunun az olması, həm də həddindən artıq çox olması maddələr mübadiləsinin daha zəif göstəriciləri ilə əlaqələndirilib.
Tədqiqatçılar ayrıca həftəsonu "yuxunu kompensasiya etmək" vərdişini də araşdırıblar. Məlum olub ki, yuxu müddətinin bir qədər artırılması iş günlərində yaranan yuxu çatışmazlığını qismən kompensasiya edə bilər. Lakin əgər insan onsuz da kifayət qədər istirahət edirsə və sonra adətindən iki saatdan çox artıq yatırsa, bu, metabolik göstəricilərin pisləşməsi ilə müşayiət oluna bilər.
Elmi tədqiqatlar göstərib ki, xroniki yuxusuzluq iştahanı və stressi tənzimləyən hormonlara təsir edir. Bu isə öz növbəsində diabet və ürək-damar xəstəliklərinin riskini artıra bilər.
Yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün nə etmək olar?
- Hər gün təxminən eyni saatda yatmağa və oyanmağa çalışın.
- Yatmazdan əvvəl smartfon, kompüter və digər ekranlardan istifadəni azaldın.
- Axşam saatlarında sakitləşdirici vərdişlər yaradın - məsələn, kitab oxumaq, yüngül dartınma hərəkətləri və ya digər rahatladıcı ritualar.(Lent.az)
Alimlər Günəş sistemindən kənarda yadplanetlilərin mövcud ola biləcəyi
Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək da
Məşhur prodüserin ölümü yenidən gündəmdə: köhnə görüntülər və a
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzin
Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ba�
Bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zaman�
Azərbaycanlı müğənni Nazənin Salayeva ilə bağlı yayılan arxiv görünt
ABŞ Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün İrana 15 bəndlik sü
Bu gündən raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömr
"Bu axşam görüşüm (date) var". Bir zamanlar daha çox serial repl
Bulkanın yumşaq olması üçün doğru un seçmək və keyfiyyətli mayadan is
Çində yerləşən və gecəliyi cəmi 1 dollar olan bir otel otağı sosial me
Bloger Elmira Namazovanın bacısı Leyla Fərhadova nişanlısından ayrılıb.
Amerikalı alimlər nəzəri cəhətdən həyatın mümkün olduğu onlarla yeni
Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu
