Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR
Digərləri 26 Mar 2026 19:31:00 91 0
Alimlər Günəş sistemindən kənarda yadplanetlilərin mövcud ola biləcəyi yeni planetlər müəyyən ediblər. Astronomlar Günəş sistemindən kənarda 6000-dən çox planet qeydə alıblar. Xüsusi maraq Yerə bənzər, həyat üçün uyğun şərait yarada bilən planetlərin axtarışına yönəlib.
Bu xəbəri də oxu: İki güclü xarakterli insanın münasibətini nə bitirir?
Son.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 45 planetdən ibarət siyahı hazırlayıblar və hesab edirlər ki, bu planetlərdə canlı orqanizmlər, hətta inkişaf etmiş yadplanetli sivilizasiyalar mövcud ola bilər.
Alimlər qeyd edirlər ki, həyat düşündüyümüzdən daha müxtəlif ola bilər və seçilmiş bu 45 planetdə həyat üçün uyğun şərait mövcud ola bilər. Bu planetlərin hamısı öz ulduzlarının yaşayış zonasındadır. Astronomlar onların ulduzlarından aldıqları enerji miqdarını, ölçüsünü, kütləsini, yaşını və orbitlərinin formasını, yəni dairəyə nə qədər yaxın olduqlarını araşdırıblar. Bu 45 planetin hamısı təxminən Günəş sistemindəki Venera, Yer və Marsın aldığı enerji səviyyəsinə bənzər enerji alır. Bu üç planet yaşayış zonasındadır, lakin həyat yalnız Yer üzündə yaranıb.
Bu isə göstərir ki, 45 ekzoplanetin həyat üçün uyğun olub-olmadığını müəyyən etmək üçün alimlərin daha çox məlumat toplaması lazımdır.
Yerə ən yaxın potensial yaşayışa uyğun planet Proxima Centauri b-dir və o, cəmi 4 işıq ili uzaqlıqda yerləşir.
Nisbətən yaxın kəşflərdən biri olan TOI-715 b isə 137 işıq ili məsafədədir. Xüsusilə maraq doğuran digər planetlər TRAPPIST-1 system sistemində yerləşən d, e, f və g planetləridir və onlar 40 işıq ili uzaqlıqdadır. NASA bildirir ki, mövcud texnologiyalarla TRAPPIST-1 sisteminə uçuş təxminən 800 min il çəkə bilər, lakin gələcək texnologiyalar bu müddəti bir neçə yüz ilə endirə bilər. (Lent.az)
Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək da
Məşhur prodüserin ölümü yenidən gündəmdə: köhnə görüntülər və a
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzin
Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ba�
Bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zaman�
Azərbaycanlı müğənni Nazənin Salayeva ilə bağlı yayılan arxiv görünt
ABŞ Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün İrana 15 bəndlik sü
Bu gündən raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömr
"Bu axşam görüşüm (date) var". Bir zamanlar daha çox serial repl
Bulkanın yumşaq olması üçün doğru un seçmək və keyfiyyətli mayadan is
Çində yerləşən və gecəliyi cəmi 1 dollar olan bir otel otağı sosial me
Bloger Elmira Namazovanın bacısı Leyla Fərhadova nişanlısından ayrılıb.
Amerikalı alimlər nəzəri cəhətdən həyatın mümkün olduğu onlarla yeni
Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu
Reper Elşad Xose mərhum həmkarı Hüseyn Dərya ilə bağlı paylaşım edib.
