İnterpol xətti ilə axtarılan şəxs ölkəyə təhvil verildi
Digərləri 20 Fev 2026 17:10:00 76 0
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Bu xəbəri də oxu: Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
Nazirlikdən verilən məlumata görə, fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycan Respublikasının dövlət sərhədində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səməd-zadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Səməd-zadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Fevralın 17-də, CineMastercard kinoteatrında təşəbbüsü və təşkilatç�
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar
Azərbaycanda dövlət idarəetməsinin optimallaşdırılması çərçivəsind�
Müğənni Pərviz Bülbülənin metrodan paylaşdığı video sosial şəbəkə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasın
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublik
DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, şübhəlilər di
Ordubad şəhərində yerləşən 43 və 45 saylı binaların əsaslı təmiri i
Müğənni Mətanət Əsədova səhhətində yaranan ciddi problemlə bağlı a�
Azərbaycan Milli İncəsənət Muzeyində "Elçin Şamillinin yaradıcıl�
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı səsləndirdiyi söz
İftara başlamazdan əvvəl orqanizmi ilıq su və bir-iki xurma ilə hazırlam
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Yolçu
VTB (Azərbaycan) fərdi sahibkarlar üçün AniPay vasitəsilə QR‑kodla öd�
