Səfirlik təxribatçı hərəkətlərlə bağlı açıqlama YAYDI
Digərləri 20 Fev 2026 17:27:00 92 0
19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.
Bu xəbəri də oxu: Diş ağrısına görə içdiyi ağrıkəsicidən sonra öldü
Son.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər: "Bu qrup həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib. Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib. Bundan əlavə, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub. Beləliklə, ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi və ya əsaslandırılmamış iddialar yayılması cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycanın təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir. Xəbərləri yayarkən məsuliyyətli davranmağa və təsdiqlənməmiş iddialara əsaslanaraq nəticə çıxarmaqdan çəkinməyə çağırış edirik".
Bahalı hədiyyələr edir - Maşını ‘Range Rover’dir
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində "M�
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişaf
Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tab
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il
Fevralın 17-də, CineMastercard kinoteatrında təşəbbüsü və təşkilatç�
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar
Azərbaycanda dövlət idarəetməsinin optimallaşdırılması çərçivəsind�
Müğənni Pərviz Bülbülənin metrodan paylaşdığı video sosial şəbəkə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasın
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublik
DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, şübhəlilər di
Ordubad şəhərində yerləşən 43 və 45 saylı binaların əsaslı təmiri i
Müğənni Mətanət Əsədova səhhətində yaranan ciddi problemlə bağlı a�
