Ərəstun Oruclu azadlıqdan məhrum EDİLDİ
Digərləri 19 Fev 2026 11:10:00 70 0
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu xəbəri də oxu: Sərnişinlər təcili DÜŞÜRÜLDÜ Bakı metrosunda NASAZLIQ
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, Ərəstun Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ə.Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 4 yanvar 2023-cü il tarixində yutub platformasında yaratdığı kanallarda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçer
Müğənni Aysun İsmayılova açıqlaması ilə yenidən gündəmə gəlib.
Fevralın 18-i "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə ol
Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.
Astroloqlar bildirirlər ki, yaxın zamanda bəzi bürclər üçün taleyüklü
Meyxanaçı Aydın Sani qatıldığı "Rəngarəng" verilişində mara
Sumqayıt şəhərində yerləşən gimnaziyalarda nöqsanlar aşkarlanıb.
Restoranlarda iftar süfrəsi üçün menyuların mövcud olduğu xəbərini ver
Bu gün Afrika qitəsində Rus Pravoslav Kilsəsinin bayrağı altında baş ver
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr a
Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini öz
Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq
