Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR


Digərləri 19 Fev 2026 09:40:00 108 0

Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub.

Qərarda bildirilib ki, ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir.

Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır. Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna bilər.

Məsələn, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), yaşadığı evdən qovma və ailə qanunvericiliyinə zidd digər davranışlar. Ər-arvaddan birinin boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi (məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər), habelə nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər (məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.) hüquqazidd əməl kimi qiymətləndirilə bilməz.

Son.az   

Sərnişinlər təcili DÜŞÜRÜLDÜ  Bakı metrosunda NASAZLIQ like
  • 19 Fev 09:17  
Digərləri Sərnişinlər təcili DÜŞÜRÜLDÜ Bakı metrosunda NASAZLIQ

Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq

arrow Ətraflı
Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: "Allaha tapşırıram...” like
  • 19 Fev 09:02  
Şou-biznes Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: "Allaha tapşırıram...”

Xəbər verdiyimiz kimi, ötən gecə meyxanaçı Orxan Lökbatanlının ölüm

arrow Ətraflı
"Zibil pulu" qanunidir? like
  • 19 Fev 09:00  
Digərləri "Zibil pulu" qanunidir?

Mənzil tikinti kooperativlərinin (MTK) sakinlərdən tələb etdiyi "zibi

arrow Ətraflı
Daha bir serial final edə bilər like
  • 19 Fev 08:41  
Şou-biznes Daha bir serial final edə bilər

"Kızılcık şerbeti" serialının finalı ilə bağlı xəbərlər m

arrow Ətraflı
100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir like
  • 19 Fev 08:08  
Digərləri 100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

Dünya yollarında bir əsrdir tətbiq edilən üçrəngli svetofor sistemi kök

arrow Ətraflı
Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Günə 1000 manat qazanır like
  • 19 Fev 07:07  
Digərləri Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Günə 1000 manat qazanır

Türkiyənin Adana şəhərində yaşayan sim ustası Mustafa Özkan dünyada sa

arrow Ətraflı
Ağıllı ev xanımları banka qapaqlarını atmır: like
  • 19 Fev 06:06  
Digərləri Ağıllı ev xanımları banka qapaqlarını atmır:

Bir çoxumuz turşu və ya mürəbbə bankalarını açdıqdan sonra zədələnm

arrow Ətraflı
Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin like
  • 19 Fev 05:05  
Digərləri Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin

Mətbəx şkaflarında saxladığımız un, düyü, mərci və lobya kimi quru q

arrow Ətraflı
Tavada ağzı bağlı, yumşaq pizza resepti like
  • 19 Fev 03:03  
Digərləri Tavada ağzı bağlı, yumşaq pizza resepti

Bu reseptin ən böyük üstünlüyü xəmirin maya gözləmədən hazırlanmas�

arrow Ətraflı
Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur like
  • 19 Fev 02:02  
Digərləri Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur

İnsanlar yer üzündə çənə çıxıntısı olan yeganə canlı növüdür. H

arrow Ətraflı
Oruc tutarkən çox susamamaq üçün  Nə etməli? like
  • 19 Fev 01:01  
Digərləri Oruc tutarkən çox susamamaq üçün Nə etməli?

Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda

arrow Ətraflı
4 kənd işıqsız qalacaq like
  • 19 Fev 00:36  
Digərləri 4 kənd işıqsız qalacaq

Fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-lu

arrow Ətraflı
Meyxanaçı Orxan Lökbatanlı sağdır – özü açıqladı like
  • 19 Fev 00:23  
Şou-biznes Meyxanaçı Orxan Lökbatanlı sağdır – özü açıqladı

Meyxanaçı Orxan Lökbatanlı haqqında yayılan ölüm xəbəri ilə bağlı

arrow Ətraflı
Orxan Lökbatanlının ölüm xəbəri yayıldı like
  • 19 Fev 00:21  
Şou-biznes Orxan Lökbatanlının ölüm xəbəri yayıldı

Orxan Lökbatanlının prodüseri neyxanaçının vəfat etməsi ilə bağlı id

arrow Ətraflı
Günün qoroskopu: Tələsməyin, hər şey zamanında açılacaq like
  • 19 Fev 00:01  
Digərləri Günün qoroskopu: Tələsməyin, hər şey zamanında açılacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı