Bu müəllimlərin də bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək
Digərləri 16 Fev 2026 12:39:00 60 0
Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin nəzəri və praktiki bilikləri sertifikasiya əsasında qiymətləndiriləcək.
Bu xəbəri də oxu: Ekspertdən qızıl investorlarına xəbərdarlıq: "Sizi soyubtalan edəcəklər"
Son.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb.
Belə ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır. Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.
Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır. Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.
Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə
"Yazdım ki, mənimsənilmiş pulların bir faizini Azərbaycan mədəniyy�
Sabah İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Bakıda fəaliyyət göstərən "Pxali Xinkali" restoranının filial
Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalın
"Məni söyün, nəslimə-kökümə TOXUNMAYIN"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının
Bu vaxta qədər Azərbaycan sosial media seqmentində bir çox uyğunsuz, mən�
ABŞ-da uzun müddətdir müzakirə olunan Ceffri Epşteyn işi ilə bağlı yen
Ali təhsil müəssisələrinə qəbul imtahanı üçün qeydiyyat bu həftə ba
Sevgililər Günündə sosial şəbəkədə paylaşım edən Şahzadə Harinin x
Müğənni Ofelya Şabanova qonaq olduğu Tarixin bir günü verilişində emosi
Bakıda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Rusiyanın Sankt-Peterburq şəhərində iki nəfər meymunçiçəyi xəstəliyi
