Mənzil almaq istəyənlərin nəzərinə: Əmlak bazarında qiymətlərlə bağlı
Digərləri 15 Fev 2026 22:25:00 83 0
Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin əvvəlki illərlə müqayisədə zəifləyəcəyi gözlənilir. "S&P Global Ratings"in açıqlamasına görə, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Analitiklər artım tempinin azalmasını ölkədə kreditləşmənin yavaşlaması, iqtisadi artımın məhdudlaşması və neft qiymətləri ilə bağlı gözləntilərlə əlaqələndirirlər.
Bu xəbəri də oxu: Ərdoğanın BƏƏ səfəri təxirə salınıb
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi bundan əvvəl, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15 faiz civarında artacağını proqnozlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən isə 2025-ci il ölkədə mənzil qiymətləri əvvəlki illə müqayisədə 12,2 faiz yüksəlib.
Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Əhali arasında da tezliklə daşınmaz əmlakın ucuzlaşacağı ilə bağlı şayiələr yayılır. Bəs bu şayiələr nə dərəcədə həqiqətə uyğundur?
"Nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir"
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı temp azalsa da, nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir: "Bu il daşınmaz əmlak bazarında qiymət artımının dinamikası əvvəlki illərlə müqayisədə zəif olacaq. Yəni qiymətlər artmaqda davam etsə də, artım tempi azalacaq. Lakin daşınmaz əmlak hələ də investisiya aləti olaraq qalır və bu səbəbdən qiymət artımı dayanmayacaq. Alternativ investisiya istiqamətlərinin məhdud olması əhalinin investisiya məqsədilə əmlaka üstünlük verməsinə səbəb olur. Bununla yanaşı, yeni yaşayış komplekslərinin tikintisi ilə bağlı gözləntilər mövcuddur. Aparılan söküntü işləri nəticəsində köhnə binaların yerində yeni tikililər inşa ediləcək. Bu amillər daşınmaz əmlak bazarında qiymət artımını saxlayan əsas faktorlar sırasındadır. Hazırda bazarda alıcıların sayı az, satıcıların sayı isə çoxdur. Amma bu, qiymətlərin enməsi üçün səbəb demək deyil. Çünki daşınmaz əmlak bazarı klassik tələb və təklif prinsipi ilə tənzimlənmir".
V.Oruc bildirdi ki, qiymət artımının azalacağı ilə bağlı verilən proqnozlar əsasən köhnə binalara aiddir: "Belə ki, bu il köhnə binalarda qiymətlərin 6-6,5 faiz, yeni tikililərdə isə 9-10 faiz artacağı gözlənilir. 2027-ci ildə də əmlak sektorunda qiymət artımı gözlənilir, lakin artım tempi daha aşağı olacaq. Bu proses ölkədəki iqtisadi vəziyyət, xərclərin optimallaşdırılması və tikinti bazarında aktivliyin azalması ilə əlaqələndirilir".
Serbiyanın paytaxtı Belqrad şəhərinin simvollarından biri olan məşhur &q
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq v
Çoxmənzilli binaların idarə edilməsi üçün Mənzil Mülkiyyətçilərinin
Əməkdar artist Firdovsi Atakişiyev mərhum həyat yoldaşı, Xalq artisti İr
Gündəlik vərdişlər həzmin sağlamlığına və funksiyasına əhəmiyyətl
Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda çəkildiyi serialın aktyor
Qızıl və pul bazarları üzrə ekspert İslam Memiş 2026-cı ilin "mani
Almaniyada qiymət artımı və iqtisadi qeyri-müəyyənlik silsiləsi insanlar
Biz iqtisadi əməkdaşlıq məsələlərinə, kənd təsərrüfatı sahəsinə
Birinci vitse-prezident Mehriban Əliyevaya təxribatçı sual verməyə çalı�
Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf
