Mandarinli bişməyən peçenye resepti
Digərləri 06 Fev 2026 23:00:00 259 0
Təravətləndirici sitrus aroması ilə seçilən bu peçenye, vaxtı az olanlar üçün ideal və sağlam bir seçimdir.
Bu xəbəri də oxu: Onlarla təyyarə İstanbul hava limanına
Son.az lazım olan inqrediyentləri təqdim edir: 1 stəkan badam unu (istəyə görə yulaf, fındıq və ya kokos unu ilə əvəz edilə bilər).
2 ədəd mandarin şirəsi.
2 yemək qaşığı kokos yağı.
2 yemək qaşığı bal.
3 yemək qaşığı kokos rəndəsi.
1 kasa kokos unu (üzərinə bulamaq üçün).
Hazırlanma Qaydası Geniş bir qaba badam ununu tökün. Üzərinə mandarin şirəsini, balı və (əridilmiş) kokos yağını əlavə edin.
Bütün inqrediyentləri spatula ilə qarışdırın. Sonra kokos rəndəsini əlavə edərək yumşaq, formaya düşən bir xəmir əldə edənə qədər yoğurun. Əgər xəmir çox duru olarsa, bir az da badam unu əlavə edə bilərsiniz.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardıb ovucunuzun içində yuvarlayın.
Hazırladığınız topları kokos ununa (və ya rəndəsinə) bulayaraq hər tərəfinin örtülməsini təmin edin.
Peçenyeləri servis boşqabına düzün və özünü tutması üçün soyuducuda təxminən 20-30 dəqiqə dincəldin.
Bal yerinə xurma bəhməzi, kokos yağı yerinə isə kərə yağı istifadə edə bilərsiniz.
Mandarinin qabığının narıncı hissəsini rəndələyib xəmirə qatsanız, aroması daha kəskin olar.
Üzərini kokos yerinə kakao, üyüdülmüş püstə və ya şəkər kirşanı ilə də bəzəyə bilərsiniz.
Əgər xəmir əlinizə yapışırsa, forma verməzdən əvvəl xəmiri 5-10 dəqiqə soyuducuda saxlayın.
Peçenyeləri soyuducudan çıxardıqdan sonra 2-3 dəqiqə gözləyib servis edin ki, daxili daha yumşaq olsun. Lalə Qüdrətova Son.az
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonunda yerl�
Biləsuvar şəhərinin bəzi ərazilərinin elektrik enerjisi verlişində fasi
Əlilliyi olan şəxslər və şəhid ailələri dövlətin sosial siyasətində
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silah
Aparıcı İlqar Mikayıloğlunun hansı səbəbdən əməliyyat olunduğu məlu
Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ Prezidenti Donald Trampın əmri il�
Masallı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Fevralın 6-da Bakının Nizami rayonunda yerləşən 10 nömrəli tam orta ümu
Müasir həyatın tempi bizi çox vaxt daxili səsimizdən belə uzaqlaşdırır
Fransada keçirilən "My Million" lotereyasında 1 milyon avro qazanan
Azərbaycanda yerli daşıyıcılar üçün sürücü hazırlığı üzrə təhs
Xəbər verdiyimiz kimi, fevralın 6-da Prezident İlham Əliyevin sərəncamı
Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İ
Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bir çox insan yatarkən otağın qaranlıq olduğunu düşünsə də, əslində
