"Sıfır tullantı" təşəbbüsü COP29da əhəmiyyətli təkan götürüb Azərbaycanın BMTdəki daimi nümayəndəsi FOTO
Siyasət 28 Mar 2025 10:21:00 64 0
BMT Baş Assambleyasında "30 mart - Beynəlxalq Sıfır Tullantı Günü" münasibətilə xüsusi sessiya keçirilib.
Bu xəbəri də oxu: XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Bu barədə Trend Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə istinadən məlumat verir.
Yüksək səviyyəli tədbirdə Azərbaycanın daimi nümayəndəsi Tofiq Musayev çıxış edib.
"Mənim üçün Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş bu vacib tədbirin birgə təşkilinə görə Türkiyənin Daimi Nümayəndəliyinə, BMT-nin Məskunlaşma Proqramına (BMT-Habitat) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürümüzü bildirməklə başlamaq böyük şərəfdir. Biz xüsusilə "Sıfır tullantı" təşəbbüsünü milli siyasətdən qlobal hərəkat səviyyəsinə çatdırmaqda həlledici rol oynamış Türkiyə Respublikasının rəhbərliyini və birinci xanım Əminə Ərdoğanın şəxsi səylərini yüksək qiymətləndiririk.
Həqiqətən də, "sıfır tullantı" konsepsiyası Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq və daha "yaşıl" planet yaratmaq yolunda bir təməl daşıdır. Azərbaycan dövri iqtisadiyyat layihələrinə dəstək, dayanıqlı tekstil istehsalının təşviqi, innovasiya və tədris yolu ilə tullantıların azaldılması kimi bir sıra Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqini sürətləndirmək üçün konkret addımlar atıb", - deyə o bildirib.
O, "sıfır tullantı" təşəbbüsünün ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29 konfransı zamanı əhəmiyyətli qlobal təkan yığdığını qeyd edib.
"Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri, COP29-un Yaşıl Zonasında Azərbaycan və Türkiyə tərəfindən istifadəyə verilmiş birgə pavilyon olub ki, bu da kollektiv fəaliyyət vasitəsilə qlobal ekoloji inkişafa töhfə verməkdə ortaq iradəmizin sübutudur.
Bundan əlavə, COP29 zamanı orqanik tullantılardan metan emissiyalarının azaldılması barədə Bəyannamə qəbul edilib ki, bu da tullantıların yaranmasının qarşısının alınması və sıfır tullantı təcrübələrinin tətbiqi üçün kompleks tədbirlərin zəruriliyini vurğulayır. Urbanizasiya, sıfır tullantı və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqəni nəzərə almaq vacibdir.
COP29 gündəliyinin bir hissəsi kimi Davamlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları (MAP) barədə Bəyannamə hazırlanıb. Bu sənəd şəhərlərdə iqlim problemlərinin həllində çoxtərəfli əməkdaşlığın təşviqi, şəhər iqlim səylərində ardıcıllığın yaradılması və şəhər iqlim maliyyələşdirilməsinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Gələcəyə baxdıqda, Azərbaycanın gələn il qəbul edəcəyi Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının xüsusilə dayanıqlı şəhər inkişafının təşviqi, sıfır tullantı təşəbbüsləri və iqlim dəyişikliyinə davamlı şəhərlərin yaradılması sahəsində ümumi öhdəliklərimizi gücləndirmək baxımından daha bir mühüm platforma olacağını söyləmək olar", - deyə T.Musayev bildirib.
Çinin Hunan əyalətində bir gənc qızın həyat tərzi eşidənləri heyrət

Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy və Demet Özdemirin baş rollard

Qazaxıstanın mərkəzi hissəsində 5,2 maqitudada zəlzələ qeydə alınıb.

Neptun xəyallar, ideallar və fantaziyalar planetidir. Son 14 ildə o, həqiqə

Telefonunuzda bəzi fotoşəkilləri saxlamaq şəxsi məlumatlarınızın təhl

1991-ci ildə amerikalı Pem Reynoldz Loueri beyin əməliyyatı zamanı kliniki

Xıncılovuz bitkisi zəngin təbiəti olan Laçında geniş yayılıb.

Bir çox insan gündə bir neçə dəfə baş ağrısından şikayətlənir. Bə

Ramazan ayı müsəlmanlar üçün ibadət, səbir və mənəvi dəyərləri ön

Təbii ki, uzun qış aylarından sonra immunitetimiz xeyli zəifləyir. İmmuni

Yataq dəstini dəyişmək yatağın təmizliyini qorumaq üçün vacib bir pros

İlk yeməklər (şorbalar) orqanizm üçün çox faydalıdır: onlar həm toxlu

"ABŞ Prezidenti Donald Tramp administrasiyasının digər ölkələrə qar

Los-Ancelesdən Şanxaya uçan "United Airlines" şirkətinə məxsus
