İki şəhərdə icra başçılarının müavinlərinin sayı azaldıldı


Digərləri 05 Fev 2026 19:39:00 58 0

İki şəhərdə icra başçılarının müavinlərinin sayı azaldıldı

Mingəçevir və Şirvan şəhərlərinin icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

Son.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı dörddən üç nəfərə endirilib.

Belə ki, bir müddət əvvəl ölkə üzrə şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin yeni sayı təsdiqlənib.

Yeni struktur dəyişikliyi ilə Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı və yeni vəzifələri müəyyənləşib:

Başçının birinci müavini,

Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,

Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.

Xatırladaq ki, əvvəllər bu iki şəhər icra başçısının müavinlərinin sayı dörd nəfər olub. Onlardan biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.

Hazırda Mingəçevir şəhər icra başçısının müavinləri Məhluqə Cavadova (birinci müavin), Hikmət Kərimov (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Fərid Məmmədovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).

Şirvan şəhər icra başçısının isə birinci müavini hələ ki, yoxdur. Onun digər müavinləri isə Aynur Fərzəliyeva (Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri) və Orxan İbrahimovdur (Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri).

Məlumat üçün onu da bildirək ki, əvvəllər Şirvan icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olan Məharət Mustafayev isə struktur dəyişikliyindən sonra müavinlərin siyahısında yer almayıb. O, başçının digər əmri ilə fəaliyyətini yeni yaradılan Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunda davam etdirir, şöbə müdirinin müavini - sektor müdiri vəzifəsini icra edir.

Qeyd edək ki, paytaxt Bakının İcra Hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir. Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür.

Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qızın cəzası bəlli oldu like
  • 05 Fev 19:35  
Digərləri Anasını döydüyü üçün atasını bıçaqlayan 15 yaşlı qızın cəzası bəlli oldu

Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qız

arrow Ətraflı
Görünüş məsafəsi məhdudlaşacaq like
  • 05 Fev 19:33  
Digərləri Görünüş məsafəsi məhdudlaşacaq

Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava

arrow Ətraflı
“Adanalı”nın Pınarı tanınmaz halda like
  • 05 Fev 19:25  
Şou-biznes “Adanalı”nın Pınarı tanınmaz halda

"Adanalı" serialında canlandırdığı Pınar obrazı ilə tanınan

arrow Ətraflı
"Təktük insanlardan olub ki, onunla doyadoya dərdləşmişəm" like
  • 05 Fev 18:36  
Şou-biznes "Təktük insanlardan olub ki, onunla doyadoya dərdləşmişəm"

Aparıcı Vüsalə Əlizadə atasından danışarkən kövrəlib.

arrow Ətraflı
Hərbi Prokurorluqda yüksək vəzifəyə təyinat like
  • 05 Fev 18:25  
Digərləri Hərbi Prokurorluqda yüksək vəzifəyə təyinat

Hərbi Prokurorluqda Kadrlar şöbəsinə yeni rəis təyin olunub.

arrow Ətraflı
6 yaşlı uşağa işgəncə verən şəxs "generalmayor"un oğlu imiş like
  • 05 Fev 18:15  
Digərləri 6 yaşlı uşağa işgəncə verən şəxs "generalmayor"un oğlu imiş

Bakıda əvvəllər özünü "general-mayor" kimi təqdim edərək də

arrow Ətraflı
“Meşə kralının arvadıyam” like
  • 05 Fev 18:00  
Şou-biznes “Meşə kralının arvadıyam”

Əməkdar artist Elza Seyidcahan qeyri-adi sözləri və seçdiyi geyim tərzi i

arrow Ətraflı
Özünü Dubay şahzadəsi kimi təqdim edib qadının milyonlarını ələ keçirdi like
  • 05 Fev 17:52  
Dünya Özünü Dubay şahzadəsi kimi təqdim edib qadının milyonlarını ələ keçirdi

Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmin Araşdırılması �

arrow Ətraflı
Sabah qaz olmayacaq like
  • 05 Fev 17:43  
Digərləri Sabah qaz olmayacaq

Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz t

arrow Ətraflı
Məhkəmədən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinə QƏRAR like
  • 05 Fev 17:30  
Digərləri Məhkəmədən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbərinə QƏRAR

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barə

arrow Ətraflı
Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü NƏLƏRDİR? like
  • 05 Fev 17:23  
Digərləri Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü NƏLƏRDİR?

Nazirlər Kabinetinin yeni Qərarı ilə sosial sığorta əsaslı müavinətlə

arrow Ətraflı
“Hamilə olduğum üçün toy etmədik, abır etdim” like
  • 05 Fev 17:23  
Şou-biznes “Hamilə olduğum üçün toy etmədik, abır etdim”

Müğənni Arzuxanım verdiyi səmimi açıqlama ilə diqqət mərkəzinə düş

arrow Ətraflı