Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü NƏLƏRDİR?
Digərləri 05 Fev 2026 17:23:00 69 0
Nazirlər Kabinetinin yeni Qərarı ilə sosial sığorta əsaslı müavinətlərlə bağlı həyata keçirilən islahat tədbiri bu müavinətlərin təyinatının avtomatlaşdırılmasını, habelə onların təyinatı sahəsində bir sıra vətəndaşyönlü humanist dəyişiklikləri nəzərdə tutur.
Bu xəbəri də oxu: Maaşla borclardan necə azad olmaq olar?
Son.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sosial sığorta əsaslı olan 4 müavinət növü:
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; hamiləliyə və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; dəfn üçün birdəfəlik müavinət bu il mayın 1-dən avtomatlaşdırılmış, proaktiv qaydada təyin ediləcək.
Bununla da həmin müavinətlərin təyinatı üçün işçinin müraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyac qalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiya yaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi, təqdim edilməsi) aradan qalxacaq.
Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçün prosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqında Şəhadətnaməsini işəgötürənə təqdim etməsi, Komissiyanın qərar qəbul etməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, Fondun müavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1 mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyin edilməsi) ilə tamamlanacaq.
Bu proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslı müavinətlərin ödənişi prosesinin daha çevik və şəffaf olmasına, hazırda alınması müəyyən qədər vaxt tələb edən sosial sığorta əsaslı müavinətlərin qısa müddət ərazində ödənişinə imkan yaradacaq.
Yeni islahat tədbiri nəticəsində həmçinin:
sığortaolunanın stajından asılı olaraq hazırda ona əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80 faiz, 100 faizi qədər ödənilirsə, stajından asılı olmayaraq hər bir işçiyə 100 faiz məbləğində ödəniləcək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hazırda əlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətində ödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində ödəniləcək;
yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirsə, artıq əlilliyi olan bütün uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürənin öhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı (DSMF) aparacaq./tREND
Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə
İnfluenser Nagehan Abdullayeva yeni eşqə "yelkən açıb".
Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çə
2023-cü il fevralın 6-sı yalnız qardaş Türkiyənin deyil, bütövlükdə r
Müğənni Günəş qatıldığı canlı efirdə ilk dəfə şəxsi faciəsində
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən
"Yaxın iki-üç gün ərzində Azərbaycanda hava şəraitində mühüm bi
"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir əd
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturaların
Bakıda ana sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verməkdə təqsi
"Müasir bank sistemləri hər bir insanı yeni köləlik modelinə çevir
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şərait
Xəbər verdiyimiz kimi, Tiktoker Vəlizar kimi tanınan Məmmədov Salman həbs
Taylandda erkən parlament seçkiləri ilə bağlı ölkə üzrə müvəqqəti a
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov
