6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub
Digərləri 05 Fev 2026 15:16:00 76 0
Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.
Bu xəbəri də oxu: Maaşla borclardan necə azad olmaq olar?
Son.az xəbər verir ki, Manset.az bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Aşağı Avşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, məktəbli hazırda xəstəxanadadır:
"Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında, 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında - oynadıqları yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq - mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim. Ağır əməliyyat keçirib, 19 bıçaq zərbəsi vurulub. Hazırda xəstəxanada reanimasiyadadır."
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Son.az-a bildirilib ki, fevralın 4-də saat 18:00-da 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş və deşilmiş yaraları diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məlumatda bildirilib ki, pasiyent dərhal əməliyyat blokuna alınıb:
"Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Xəbər verdiyimiz kimi, Tiktoker Vəlizar kimi tanınan Məmmədov Salman həbs
Taylandda erkən parlament seçkiləri ilə bağlı ölkə üzrə müvəqqəti a
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov
Məktəb təkcə bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşd
SİMA yeni nəsil rəqəmsal imzanın "Elektron ipoteka və kredit zəmanə
Müğənni Elmir Qəhrəmanov sosial şəbəkə və efirdə səmimi anları ilə
"Yol kənarında satılan, xüsusilə də saatlarla açıq havada qalan qid
Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yay�
Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vət
Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakin
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən
"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizl
ABŞ-ın Arizona ştatının Flaqstaff şəhərində hüquq-mühafizə orqanlar�
Qazaxıstan mətbuatı çoxmərtəbəli binanın girişində baş verən diqqət
