Ilin ən möhtəşəm gözlənilən Bakı Rəqs Çempionatı keçiriləcək FOTO
Kriminal 04 Fev 2026 21:31:00 50 0
22 fevral 2026-cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında ilin ən möhtəşəm və səbirsizliklə gözlənilən rəqs tədbirlərindən biri - Bakı Rəqs Çempionatı keçiriləcək.
Bu xəbəri də oxu: Qardaşı uşaqlarını baltalayan əmi ÖLDÜ
Çempionat Azərbaycan Rəqs Assosiasiyası tərəfindən, Azərbaycan Gənclər İttifaqının təşkilati dəstəyi ilə təşkil olunur. Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizovun qeyd etdiyi kimi, bu il çempionat tarixə düşəcək: ilk dəfə olaraq Bakı Çempionatı paytaxtın mərkəzində deyil, Abşeronun qəlbində - Mərdəkanda keçiriləcək.
- Mərdəkan Abşeronun mədəni və mənəvi ürəyidir, onun qüruru və tarixidir. Bakı Rəqs Çempionatının Abşeron qəsəbələrində keçirilməsi yeni bir ənənənin əsasını qoya bilər. Bu, rəqs sənətinin köklərlə, xalq mədəniyyəti və regionla bağlılığını vurğulayır, - deyə Əziz Əzizov bildirib.
Müsabiqə proqramı
Çempionatın proqramı rəqs sənətinin geniş üslub və istiqamətlərini əhatə edir.
Xalq və folklor istiqamətləri:
etnik folklor;
folklor stilizasiyası;
folklor-şou.
Etnik folklor çempionatın ən mürəkkəb və dəyərli istiqamətlərindən biridir. Bunlar 50 ildən artıq tarixə malik olan və ciddi kanonlara uyğun hazırlanmış səhnə nömrələridir. Bu istiqamətdə musiqi, geyim, hərəkətlər və rəqs quruluşu dəyişdirilə bilməz.
Folklor stilizasiyası - milli folklor, xalq rəqsləri, ənənəvi hərəkətlər və milli geyimlər əsasında hazırlanmış müəllif səhnə quruluşlarıdır.
Folklor-şou - şeirlərdən, mahnılardan, səhnə rekvizitlərindən, bayraqlardan və simvolik elementlərdən istifadə edilən teatrlaşdırılmış nömrələrdir. Bu istiqamətdə rəqs tam bir səhnə tamaşasına çevrilir.
Müasir və şou istiqamətləri:
akrobatik və gimnastik rəqs;
şou-dans;
street-dance;
hip-hop;
K-pop;
breyk-şou.
Dünya xalqlarının rəqsləri:
dünya xalqlarının rəqsləri;
Bollywood (müasir);
klassik hind rəqsləri.
Yaş və say kateqoriyaları
Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi ir
Bir neçə gün öncə öz qardaşı övladlarını baltalamaqda ittiham edilən
Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə adı hallanan Kral Çarlz�
Azərbaycan və Ermənistanın nümunəsi hələ də müharibə vəziyyətində
Biz (Ermənistan və Azərbaycan - red.) 30 ildən artıq müharibə şəraitind
İlk növbədə, bu mükafata görə mən Hakimlər Komitəsinə təşəkkürüm
Müğənni Tacir Şahmalıoğlu aşıq Namiq Fərhadoğluna ünvanladığı sər
"Narkotik maddələrin orqanizmə təsiri onların qrupundan və dozasında
"Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahana gəlsinlər. Biz
Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit günorta saatlarında Molla Cə
Türkiyənin məşhur "Arka Sokaklar" serialında Vedat Müdir obrazı
2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəbl�
Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqq
Pedofiliya, insan alveri və digər ağır cinayətlərdə ittiham olunaraq həb
Arabesk musiqisinin məşhur simalarından biri, ötən il vəfat edən mərhum�
