Fatih Ürek reanimasiyada olarkən evi talan edilib?
Şou-biznes 04 Fev 2026 10:15:00 60 0
Türkiyəli sənətçi Fatih Ürekin vəfatından sonra ailəsinə qarşı irəli sürülən ciddi iddialar diqqət mərkəzinə düşüb.
Bu xəbəri də oxu: Azər Zahid "TikTok"a qayıtdı etirafı ilə diqqət çəkdi
Son.az xəbər verir ki, aparıcı Nur Tuğba Namlı sənətçinin reanimasiyada müalicə aldığı müddətdə İstanbul və Bodrumdakı evlərinin talan edildiyini iddia edib.
107 gün reanimasiyada müalicə alan və 59 yaşında vəfat edən Fatih Ürek bazar günü torpağa tapşırılıb. Onun ölümündən dərhal sonra ailə üzvləri ilə bağlı səsləndirilən ittihamlar mediada geniş müzakirələrə səbəb olub.
"Gəlin danışaq" verilişində çıxış edən Nur Tuğba Namlı bildirib ki, Fatih Ürek həyatı uğrunda mübarizə apararkən evlərindən qiymətli əşyalar götürülüb. Aparıcı iddialarını etibarlı mənbəyə əsaslandırdığını vurğulayaraq, əks halda bu mövzunu gündəmə gətirməyəcəyini deyib.
Namlının sözlərinə görə, sənətçiyə məxsus qızıl bilərziklər hazırda başqa şəxslərin üzərindədir, xəz paltolar isə İzmirə aparılıb. O, həmçinin Fatih Ürek hələ sağ ikən İstanbul və Bodrumdakı evlərində oğurluq hadisələrinin baş verdiyini iddia edib.
Qeyd edək ki, Fatih Ürekin ailə üzvləri hələlik səsləndirilən iddialarla bağlı rəsmi açıqlama verməyiblər.
Fidan Son.az
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə
Bakının Nərimanov rayonunun iki küçəsinin qaz təchizatında müvəqqəti
Türkiyəli aktyor Haldun Dormenin vəfatından cəmi bir həftə sonra ailəsin
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına da
Bakıda yeni metro stansiyalarının tikintisinin ərazilərdə ev qiymətlərin
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştir
Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliy
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqəda
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar ol
Mütəxəssislər bildirir ki, evdə istilik itkisinin böyük bir hissəsi dö�
Smartfon asılılığından, sonsuz bildirişlərdən və sosial medianın gərg
Toyuq əti bir çox insanın sevimli qidasıdır, lakin bəzi hissələrinin sa�
