Dəniz kirpisi axtararkən 417 milyon manatlıq xəzinə tapdı
Dünya 02 Fev 2026 05:05:00 59 0
Taylandda bir balıqçı dəniz kənarında gəzərkən tapdığı qəribə maddənin dünyanın ən bahalı təbii maddələrindən biri olan "Ənbər" (Ambergris) olduğunu öyrənəndə şoka düşüb.
Bu xəbəri də oxu: İranda baş verən hadisələr çevrilişə bənzəyirdi – İranın Ali Lideri
Son.az xəbər verir ki, Taylandın cənubunda yaşayan Narong Phetcharaj adlı balıqçı sahil boyu dəniz kirpisi axtararkən dalğaların sahilə atdığı böyük və qaya parçasına bənzər bir kütlə görüb. O, bunun adi bir daş olmadığını hiss edərək 30 kiloqramlıq kütləni evinə aparıb.
Laboratoriya analizləri nəticəsində məlum olub ki, bu tapıntı Kaşalot balinasının həzm sistemində yaranan və "Ənbər" adlanan maddədir.
Balinalar yedikləri sərt qidaları (məsələn, osminoq dimdiklərini) həzm edə bilmədikdə, bağırsaqlarını qorumaq üçün bu maddəni ifraz edirlər.
Ənbər ətriyyat sənayesində ətirlərin qoxusunun qalıcı olmasını təmin edən ən nadir və bahalı inqrediyentdir.
Tapılan 30 kiloqramlıq ənbərin bazar dəyərinin təxminən 417 milyon Tayland bahtı (təxminən 12 milyon dollar və ya 20 milyon manatdan çox) olduğu bildirilir. Balıqçı bir anda ölkənin ən zəngin adamlarından birinə çevrilib.
Ənbərin həqiqi olub-olmadığını yoxlamaq üçün balıqçı onun bir parçasını alışqanla yandırıb. Həqiqi ənbər istidə dərhal əriyir və özünəməxsus xoş qoxu yaymağa başlayır. Lalə Qüdrətova Son.az
Çin 123 kilometr uzunluğunda olacaq və dənizin altından keçən dünyanın
Ramazan ayına sayılı günlər qalıb. Bu ay boyunca şadlıq saraylarında to
"Gül kimi xidmət edirdim də... Hər şeyi darmadağın etdilər".
Son.az bu günün qoroskopunu təqdim edir.
Əmisi tərəfindən baltalanan 14 yaşlı Nağıyeva Həqiqətin görüntüsü
Nizami rayonu Keşlə qəsəbəsində "Azəriqaz"ın əməkdaşı M.M�
İsrail hərbçiləri Livanın cənub rayonlarına yeni zərbələr endirib, &qu
Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində b
"Mahnı evdə birinci səslənir. Günel dinləyir. Bəyənmir. Başqası o
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yükl
Əməkdar artist Babək Niftəliyev oğlu Cavidanla bağlı paylaşım edib.
Astroloqlar əmindir ki, bürclər arasında məhz Xərçəng özünəməxsus m�
İranda son vaxtlar baş verən iğtişaşlar çevrilişə bənzəyirdi.
