Bu gün Azərbaycanda Gənclər Günüdür


Digərləri 02 Fev 2026 00:00:00 65 0

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür.

Son.az xatırladır ki, Ümumilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu gün Azərbaycan Gəncləri Günü elan olunub.

Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb.

Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra - 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.


Xəbərə aid fotolar

Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin like
  • 01 Fev 23:57  
Digərləri Əmisi tərəfindən öldürülən 14 yaşlı Həqiqətin

Əmisi tərəfindən baltalanan 14 yaşlı Nağıyeva Həqiqətin görüntüsü

arrow Ətraflı
"Heç bir mahnıya görə mənə pul verməyib"  Tunar Rəhmanoğlu like
  • 01 Fev 16:51  
Şou-biznes "Heç bir mahnıya görə mənə pul verməyib" Tunar Rəhmanoğlu

"Mahnı evdə birinci səslənir. Günel dinləyir. Bəyənmir. Başqası o

arrow Ətraflı
25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi (FOTO) like
  • 01 Fev 16:34  
Digərləri 25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi (FOTO)

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yükl

arrow Ətraflı
Nazirlə oğlunun FOTOsunu paylaşıb bunları yazdı like
  • 01 Fev 16:30  
Şou-biznes Nazirlə oğlunun FOTOsunu paylaşıb bunları yazdı

Əməkdar artist Babək Niftəliyev oğlu Cavidanla bağlı paylaşım edib.

arrow Ətraflı
Üzündən daim nur yağan yeganə BÜRC like
  • 01 Fev 15:40  
Digərləri Üzündən daim nur yağan yeganə BÜRC

Astroloqlar əmindir ki, bürclər arasında məhz Xərçəng özünəməxsus m�

arrow Ətraflı
İranda baş verən hadisələr çevrilişə bənzəyirdi – İranın Ali Lideri like
  • 01 Fev 15:29  
Dünya İranda baş verən hadisələr çevrilişə bənzəyirdi – İranın Ali Lideri

İranda son vaxtlar baş verən iğtişaşlar çevrilişə bənzəyirdi.

arrow Ətraflı
İranın Ali Lideri bu dəfə müharibənin regional müharibəyə çevriləcəyini dedi like
  • 01 Fev 14:46  
Dünya İranın Ali Lideri bu dəfə müharibənin regional müharibəyə çevriləcəyini dedi

ABŞ tərəfinin bu dəfə müharibə baş verdiyi halda, bu müharibənin regio

arrow Ətraflı
Yollarda duman olacaq like
  • 01 Fev 14:20  
Digərləri Yollarda duman olacaq

Fevralın 2-də Azərbaycanın avtomobil yollarında müşahidə ediləcək vəz

arrow Ətraflı
"Azərbaycanda ifaçını alqışlamırlar"  Günel Zeynalova like
  • 01 Fev 13:51  
Şou-biznes "Azərbaycanda ifaçını alqışlamırlar" Günel Zeynalova

Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqış

arrow Ətraflı
Fevralın 2dən hava dəyişəcək like
  • 01 Fev 12:22  
Digərləri Fevralın 2dən hava dəyişəcək

Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

arrow Ətraflı
Sabah iş olacaq? like
  • 01 Fev 12:15  
Digərləri Sabah iş olacaq?

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

arrow Ətraflı
Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq like
  • 01 Fev 11:55  
Digərləri Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mər

arrow Ətraflı
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK like
  • 01 Fev 11:45  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK

İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AK

arrow Ətraflı
Bir aya 495 manat "qaz pulu" gəldi like
  • 01 Fev 11:00  
Digərləri Bir aya 495 manat "qaz pulu" gəldi

Qəbələ sakini Tofiq İbrahimova qazdan istifadəyə görə bir ay üçün 495

arrow Ətraflı