Bu ailələr hər ay 315 azn VERİLƏCƏK


Digərləri 27 Mar 2025 18:00:00 94 0

Bu ailələr hər ay 315 azn VERİLƏCƏK

Ölkədə çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, çoxuşaqlı ailə statusu yalnız beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin son illərdə bu tələbin yumşaldılması və 3 uşağı olan ailələrin də çoxuşaqlı hesab edilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Mövcud təkliflər üzərində iş aparılır və onların ölkənin demoqrafik inkişafına dair hazırlanacaq dövlət proqramına daxil edilməsi nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, belə bir addım ailələrin sosial rifahına müsbət təsir göstərə bilər və doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.

Statistikaya əsasən, hazırda ölkədə bu kateqoriyaya aid olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, həmin ailələr də çoxuşaqlı statusu alacaq və onların uşaqları sosial müavinətlərdən yararlanmaq hüququ əldə edəcəklər. Bu isə daha çox ailənin dövlət dəstəyindən faydalanmasını təmin edəcək.

Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı news24.az-a açıqlamasında bildirib ki, artıq uzun illərdir Azərbaycanda faktiki olaraq çoxuşaqlı ailə modeli 3 uşaqdan ibarətdir:

"Biz artıq biruşaqlı ailə modelinə keçmişik. Az-az hallarda bəzi ailələrdə 2 uşaq olur. 3 uşaqlı ailə olması artıq maksimum nəticədir və bu, ölkədə çoxuşaqlı ailə sayılır. Baxmayaraq ki, qanunda 5 və daha artıq uşağı olanlara müavinət verilir. Artıq heç bir ailədə 6 uşaq olmur, çox nadir hallarda bu baş verir. 4-5 uşaqlı ailələr ağır vəziyyətdə yaşayır. Bugünkü əməkhaqqı məbləği ilə ailələr maksimum 1-2 uşağı saxlaya bilərlər. 3 uşaq artıq həm psixoloji, həm də sosial baxımdan çoxuşaqlı ailə hesab edilir. Millətin davamlılığı üçün minimum uşaq sayı 3-dür".

Ekspert qeyd edib ki, dünya ölkələrində doğum səviyyəsinin azalmaması üçün müxtəlif sosial proqramlar həyata keçirilir:

"Müxtəlif ölkələrdə bunun qarşısını almaq üçün sosial proqramlar var. Bizdə uzun illərdir bu məsələ müzakirə olunur, lakin hələ ki, heç bir nəticə yoxdur. Heç olmasa, 3 və daha çox uşağı olan ailələrə sosial yardım ayrılmalıdır. Evlənmələrin sayı azalıb, boşanmalar artıb. Uşaqpulunun verilməsi mümkündür, lakin hələ ki, belə bir qərar qəbul olunmur. Cəmiyyət olaraq daha ciddi problemlərin yaşanmaması üçün bunun qarşısı alınmalıdır".

Ekspert bildirib ki, mövcud statistikaya görə, Azərbaycanda 3 və daha çox uşağı olan 100 mindən çox ailə var. Əgər qanunvericilikdə dəyişiklik edilərsə, bu ailələr də çoxuşaqlı statusu alacaq və dövlət dəstəyindən yararlana biləcəklər. 

Xəstəxanaya yerləşdirilən İbrahim Çingizdən xəbər var like
  • 27 Mar 17:54  
Şou-biznes Xəstəxanaya yerləşdirilən İbrahim Çingizdən xəbər var

Xəbər verdiyimiz kimi, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının ak

arrow Ətraflı
Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir  Rayon deputatından REAKSİYA like
  • 27 Mar 17:43  
Digərləri Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir Rayon deputatından REAKSİYA

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən d�

arrow Ətraflı
Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR... like
  • 27 Mar 17:35  
Digərləri Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR...

Ramazanda kimlərin fitrə çıxarmaması günah sayılmır? 

arrow Ətraflı
Həbs edilən Qaqauziya liderindən Putin və Ərdoğana müraciət like
  • 27 Mar 17:26  
Dünya Həbs edilən Qaqauziya liderindən Putin və Ərdoğana müraciət

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhb�

arrow Ətraflı
ABŞ "TikTok" sazişi üçün Çinə güzəştə getməyə hazırdır like
  • 27 Mar 17:10  
Dünya ABŞ "TikTok" sazişi üçün Çinə güzəştə getməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus o

arrow Ətraflı
Bakıda avtomobil dərəyə düşdü like
  • 27 Mar 17:06  
Digərləri Bakıda avtomobil dərəyə düşdü

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil

arrow Ətraflı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi like
  • 27 Mar 17:03  
Şou-biznes Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Müğənni Aydilgə uzun müddət davam edən şiddətli ağrılar səbəbində

arrow Ətraflı
Xəzərin suyu azalır, kiçik adalar yaranıb like
  • 27 Mar 16:24  
Digərləri Xəzərin suyu azalır, kiçik adalar yaranıb

Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilm�

arrow Ətraflı
Qlobal Jurnalistlər Şurası bəyanat yaydı: "Narahatıq!" like
  • 27 Mar 16:16  
Dünya Qlobal Jurnalistlər Şurası bəyanat yaydı: "Narahatıq!"

Qlobal Jurnalistlər Şurası son dövrlərdə Türkiyədə baş verən siyasi v

arrow Ətraflı
Yanğında ölən 25 yaşlı dünya çempionunun like
  • 27 Mar 16:04  
Dünya Yanğında ölən 25 yaşlı dünya çempionunun

Uludağda hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmanç

arrow Ətraflı
Milyonçu ərinə məhkəmədə uduzdu like
  • 27 Mar 15:59  
Şou-biznes Milyonçu ərinə məhkəmədə uduzdu

Rusiyanın estrada ulduzu Alsu məhkəmədə keçmiş həyat yoldaşı, yəhudi

arrow Ətraflı
Azərbaycanda daxili turizm  ən çox bu rayonlar ZİYARƏT EDİLİR like
  • 27 Mar 15:20  
Digərləri Azərbaycanda daxili turizm ən çox bu rayonlar ZİYARƏT EDİLİR

Son illərdə Azərbaycanda daxili turizmə maraq əhəmiyyətli dərəcədə ar

arrow Ətraflı
Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub like
  • 27 Mar 15:17  
Kriminal Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub

Daş Salnamə Muzeyində AFWEU -nun təşkilatçılığı ilə Beynəlxalq Bakı

arrow Ətraflı
Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək? like
  • 27 Mar 14:50  
Dünya Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?

ABŞ Prezidenti Donald Tramp, Yəmənə qarşı Amerika silahlı qüvvələrinin

arrow Ətraflı