Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir Rayon deputatından REAKSİYA


Digərləri 27 Mar 2025 17:43:00 103 0

Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir  Rayon deputatından REAKSİYA

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib.

Hadisə mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Modern.az hadisə ilə bağlı Ağcabədi rayonun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikirlərini öyrənib. 

Millət vəkili qeyd edib ki, ona hadisə ilə bağlı birbaşa müraciət olunmayıb. Bu haqda müvafiq qurumlar aidiyyatı üzrə işlər görəcək. Hadisə araşdırılacaq və günahkarlar kimlərsə, sözsüz ki, cəzalandırılmalıdır. 

"Bu kimi hallar qətiyyən xoşagələn deyil və qanuna ziddir. 13 yaşlı birinin ailə həyatı qurması, ata və ananın səhlənkarlığı və dövlətə xəyanəti hesab edirəm. 13 yaşlı biri ailə sahibi ola bilməz, dünyaya gətirdiyi uşaq da normal olmaz. O qız təhsil almalı, oxumalı, dünya görüşü formalaşmalı idi. Digər tərəfdən həmin qızla evlənən adam da xəyanətkardır. Onun şəxsi məsuliyyəti yoxdur, mənim nəzərimdə həmin adam cinayətkardır. Hüququn ali olduğu, təbliğatların aparıldığı belə bir dövrdə bu cür işlər görən birini heç cür müdafiə etmək düzgün deyil. 13 yaşlı qızın özünə qayğı, diqqət lazımdır. O qızın özü elə uşaqdır. Bu cür qızla evlənmək vəhşilik, insanlığa sığmayan hadisədir" - deyə o bildirib. 

T. Rzayev vurğulayıb ki, bu cür hallar tək Ağcabədidə baş vermir, digər rayonlarda da oxşar hadisələrin şahidi ola bilərilk: "Bu hamımızın düşünməli olduğu problemdir. Biz bunlara göz yumaraq balalarımızı oda atmış olarıq. Onların həyatı, gələcəyi var. O cəmiyyət içində olmalı, ona fayda verməlidir. Yoxsa gözü açılan kimi qız uşağını ərə vermək onun sağlamlığına ziyandan tutmuş, uzun illər əziyyət çəkəcəyinin göstəricisidir. Çünki həmin qız ana, qadın olmağa, ailə idarə etməyə, uşaq tərbiyə etməyə hazır deyil. Ailənin uşaqdan imtinası, xəbərləri yoxmuş kimi davranmaq ana-atanın məsuliyyətdən qaçmaq üçün etdiyi hərəkətdir, amma onlar ağır məsuliyyətə cəlb olunmalı, həbs edilməlidir". 

Deputat Ağcabədidə əvvəllər 16-17 yaşlı qızlar ailə həyatı qurduğunu, lakin ilk dəfədir ki, 13 yaşlı qızın başına belə hadisə gəldiyini də bildirib.

"Cənub zonasında bu kimi hadisələrə daha çox rast gəlinir.13 - 14 yaşında uşaqların hələ şüuru formalaşmayıb. O yaşda qızlar özünü yeni-yeni tanıyır, amma onu qoruyan, yönləndirən ailəsi, ətrafı, məktəbidir. Ola bilər o uşaqdır, amma anası, məktəbi, qohumları uşaqla danışmalı, onu başa salmalıdır. Hər bir insanda bu hisslər oyana bilir. Amma bu regionun deyil bütün Azərbaycanı düşündürməli olduğu problemdir. Biz bir millət, xalqıq. Hər birimiz balalarımızın gələcəyini düşünməliyik"- sonda deputat qeyd edib.  

Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR... like
  • 27 Mar 17:35  
Digərləri Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR...

Ramazanda kimlərin fitrə çıxarmaması günah sayılmır? 

arrow Ətraflı
Həbs edilən Qaqauziya liderindən Putin və Ərdoğana müraciət like
  • 27 Mar 17:26  
Dünya Həbs edilən Qaqauziya liderindən Putin və Ərdoğana müraciət

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhb�

arrow Ətraflı
ABŞ "TikTok" sazişi üçün Çinə güzəştə getməyə hazırdır like
  • 27 Mar 17:10  
Dünya ABŞ "TikTok" sazişi üçün Çinə güzəştə getməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus o

arrow Ətraflı
Bakıda avtomobil dərəyə düşdü like
  • 27 Mar 17:06  
Digərləri Bakıda avtomobil dərəyə düşdü

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil

arrow Ətraflı
Məşhur müğənni xəstəxanaya yerləşdirildi like
  • 27 Mar 17:03  
Şou-biznes Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Müğənni Aydilgə uzun müddət davam edən şiddətli ağrılar səbəbində

arrow Ətraflı
Xəzərin suyu azalır, kiçik adalar yaranıb like
  • 27 Mar 16:24  
Digərləri Xəzərin suyu azalır, kiçik adalar yaranıb

Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilm�

arrow Ətraflı
Qlobal Jurnalistlər Şurası bəyanat yaydı: "Narahatıq!" like
  • 27 Mar 16:16  
Dünya Qlobal Jurnalistlər Şurası bəyanat yaydı: "Narahatıq!"

Qlobal Jurnalistlər Şurası son dövrlərdə Türkiyədə baş verən siyasi v

arrow Ətraflı
Yanğında ölən 25 yaşlı dünya çempionunun like
  • 27 Mar 16:04  
Dünya Yanğında ölən 25 yaşlı dünya çempionunun

Uludağda hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmanç

arrow Ətraflı
Milyonçu ərinə məhkəmədə uduzdu like
  • 27 Mar 15:59  
Şou-biznes Milyonçu ərinə məhkəmədə uduzdu

Rusiyanın estrada ulduzu Alsu məhkəmədə keçmiş həyat yoldaşı, yəhudi

arrow Ətraflı
Azərbaycanda daxili turizm  ən çox bu rayonlar ZİYARƏT EDİLİR like
  • 27 Mar 15:20  
Digərləri Azərbaycanda daxili turizm ən çox bu rayonlar ZİYARƏT EDİLİR

Son illərdə Azərbaycanda daxili turizmə maraq əhəmiyyətli dərəcədə ar

arrow Ətraflı
Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub like
  • 27 Mar 15:17  
Kriminal Bakıda ilk dəfə Beynəlxalq Mədəniyyət və Sənət Moda Həftəsinin açılışı olub

Daş Salnamə Muzeyində AFWEU -nun təşkilatçılığı ilə Beynəlxalq Bakı

arrow Ətraflı
Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək? like
  • 27 Mar 14:50  
Dünya Ağ Evin gizli yazışmasına sızmaya görə Pentaqon rəhbəri istefa verəcək?

ABŞ Prezidenti Donald Tramp, Yəmənə qarşı Amerika silahlı qüvvələrinin

arrow Ətraflı
Emil Hüseynliyə yüksək vəzifə verildi like
  • 27 Mar 14:45  
Digərləri Emil Hüseynliyə yüksək vəzifə verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinə yeni

arrow Ətraflı
Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR like
  • 27 Mar 14:21  
Digərləri Yasamalda vətəndaşın evini BAŞINA UÇURDULAR

Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər e

arrow Ətraflı