"Azər" yoxsa "Azəri"? Deputatdan mühüm şərh
Digərləri 25 Yan 2026 18:47:00 68 0
Millət vəkili Səyyad Aranın məsələyə yanaşması stilistika baxımından doğrudur. Bütün sahəvi işlətmələr üçün Azərbaycan sözünün qısaldılmış forması kimi "Azər" işlədilirsə, bu "Azəriqaz"a da şamil olunmalıdır. Ancaq Səyyad müəllim bilməmiş deyil ki, siyasi, elmi və bədii mətnlərimizdə "Azəri" sözü də ayrı-ayrı müəlliflər tərəfindən dəfələrlə işlədilmiş, hətta xalq şairi Rəsul Rza ötən əsrin 70-ci illərində "Azəri Sovet Ensiklopediyası" nəşr etməyə də qərar vermişdi. Lakin bu cəhd yarımçıq qalmış və onu ensiklopediyanın I cildini alayarımçıq buraxmaqla baş redaktorluqdan uzaqlaşdırmışdılar.
Bu xəbəri də oxu: Paşinyan musiqi qrupu yaratdı
Son.az axar.az-a istinadən bildirir ki, bu fikirləri millət vəkili Fazil Mustafa qeyd edib.
Millət vəkilinin sözlərinə görə, sonralar "Azər xalqı", "Azəri dili" kimi başlıqlar altında elmi-etnoqrafik nəşrlər də peyda olub:
"Ancaq nə "Azər", nə də "Azəri" xalqı və dilinin elmi baxımdan bizim Azərbaycanla əlaqəsi sübuta yetirilməmişdir. Kimin işlətməyindən asılı olmayaraq, "azəri" termininin ağlabatan elmi izahı yoxdur. Azərbaycan sadəcə tarixi-coğrafi ərazinin adıdır və onun da fərqli izahları günümüzə qədər verildiyinə görə təkrarlamağa lüzum görmürəm.
İlk Böyük Sovet Ensiklopediyasının I cildində (1925) dilimiz Azərbaycan dili və ya azəri dili adlandırılsa da, mənşəcə türk dilləri qrupuna aid edilir. Kiçik Sovet Ensiklopediyasının I cildində (1928) isə bizi Azərbaycan türkləri, Azərbaycan tatarları, yaxud azərbaycanlılar adlandırırlar, ancaq bizi türk-səlcuqların bu ərazini işğalı nəticəsində formalaşan xalq kimi göstərirlər.
"Arif Babayev, Əlibaba Məmmədov, Canəli Ələkbərov, Ağaxan Abdullaye
Böyük Britaniya hökuməti İngiltərə və Uelsdəki terrorizm, mütəşəkki
Müğənni Ofelya Şabanovanın efirlərlə və bəzi ifaçılarla bağlı səsl
1998-ci ildə keçirilmiş "Miss Azərbaycan" gözəllik müsabiqəsin
Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" v
"Həyatı boyu ucuz ətir almaram, 2000 dollarlıq..."
Bazarlarda satılan kələm turşularının rənginin qırmızı olması üçün
Sosial şəbəkələrdə yayılan bir video qısa zamanda geniş marağa səbəb
Milli Hidrometeorologiya Xidməti yanvarın 26-sı gündüzdən 27-si gündüzə
Müğənni Sevinc Ağaşirinova geyimi ilə bağlı tənqidlərə cavab verib.
Sosial şəbəkələrdə yayılan video istifadəçilərin diqqətini cəlb edib
Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül ilə "Kuzey-Güney
2025-ci ildə Azərbaycan 12,1 milyard dollardan çox dəyərində təxminən 23
Azərbaycanlı məşhur müğənnilərin yaşları sosial şəbəkələrdə mü
Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəç
