"Yarıçılpaq, tərbiyəsiz müğənniləri niyə toylarınıza çağırırsınız?"
Şou-biznes 25 Yan 2026 17:47:00 59 0
Müğənni Ofelya Şabanovanın efirlərlə və bəzi ifaçılarla bağlı səsləndirdiyi sərt açıqlamalar sosial şəbəkələrdə geniş rezonans doğurub.
Bu xəbəri də oxu: Azərbaycanlı müğənni yadplanetlilərlə əlaqəyə girir: "Ürəyim istəyəndə yanlarına gedirəm"
Son.az xəbər verir ki, onun bu mövzuda dedikləri qısa müddətdə gündəmə çevrilərək müzakirələrə səbəb olub.
Ofelya Şabanova bildirib ki, efirlər sənəti və mədəniyyəti təbliğ etməli olduğu halda, bəzi hallarda tam əks mənzərə müşahidə olunur:
"Efirlər sənətimizi göstərmək üçün olmalıdır. Amma görürsən, televiziyalar gəlib şərəfsiz, yarıçılpaq vəziyyətdə olan hansısa ifaçını efirə çıxarırlar. Ora-burasını yığıdırıb gəlib oturur, ayağını ayağının üstünə qoyur. Ən zəhləm getdiyim şeydir. Onlara baxanda qadın olmağımdan utanıram. Ailədən, şərəfdən uzaq davranışdır və məni ən çox narahat edən də budur".
Müğənni qeyd edib ki, bu cür görüntülər ona qadın olaraq mənfi təsir edir:
"Onlara baxanda qadın olmaqdan utanıram. Belə müğənniləri ailə məclislərinə, toylarınıza niyə dəvət edirsiniz? Sonra da deyirsiniz ki, ailəmiz dağıldı, hansısa müğənni ilə bir yerdədir."
O, sponsorluq mövzusuna da toxunaraq sərt fikirlər səsləndirib:
"Sponsorlar nələr verdi deyirlər. Ərlərinizin qarşısında niyə oxudursunuz? O adam balanıza toyda xeyir-dua verir. Amma özü xoşbəxt olmayan, Allahını unudub əxlaqsız həyat yaşayan, sponsorlarla bədən yığdıran bir insanın xeyir-duası qəbul olmaz".
Ofelya Şabanova çıxışının sonunda vurğulayıb ki, kübar və tərbiyəli insan belə ifaçıları toy və məclislərə dəvət etməməlidir.
Müğənninin bu qalmaqallı sözləri sosial şəbəkəgündəm olub.
Musa Son.az
1998-ci ildə keçirilmiş "Miss Azərbaycan" gözəllik müsabiqəsin
Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" v
"Həyatı boyu ucuz ətir almaram, 2000 dollarlıq..."
Bazarlarda satılan kələm turşularının rənginin qırmızı olması üçün
Sosial şəbəkələrdə yayılan bir video qısa zamanda geniş marağa səbəb
Milli Hidrometeorologiya Xidməti yanvarın 26-sı gündüzdən 27-si gündüzə
Müğənni Sevinc Ağaşirinova geyimi ilə bağlı tənqidlərə cavab verib.
Sosial şəbəkələrdə yayılan video istifadəçilərin diqqətini cəlb edib
Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül ilə "Kuzey-Güney
2025-ci ildə Azərbaycan 12,1 milyard dollardan çox dəyərində təxminən 23
Azərbaycanlı məşhur müğənnilərin yaşları sosial şəbəkələrdə mü
Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəç
Sosial şəbəkələrdə yayılan bir toy videosu qısa zamanda geniş marağa s
Bəzi alimlər hesab edirlər ki, yox olma "mexanizmi" superkontinenti
Venesuela hakimiyyəti böyük neft şirkətlərinin Bolivara gəlməsindən son
