"Oğluma demişəm, səhnədə ölsəm, konsertə davam edin"
Şou-biznes 25 Yan 2026 08:41:00 48 0
"Bütün cavanlara, ümidini kəsən insanlara mesajım olsun. Hamımız müsəlmanıq, Allahı sevir, ona inanırıq. Quranda gözəl bir ayə var: ümidini Allahdan kəsənlər kafirlərdir. Heç vaxt ümidinizi kəsməyin, həmişə sevinin, əziyyətli də olsa. Deyirlər ki, əzizim dünyasını dəyişibsə, necə sevinim? Orada bir hikmət var, çünki bir gün sən də onun arxasınca gedəcəksən. O, sənin üçün örnəkdir".
Bu xəbəri də oxu: "Kurtlar vadisi"nin aktyorları 22 il sonra eyni serialda
Son.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Natiq Şirinov "Yaşananlar" verilişində deyib. O, səhnədə dünyasını dəyişəcəyi təqdirdə konsertinin yarımçıq saxlanılmamasını vəsiyyət etdiyini açıqlayıb:
"Oğluma demişəm ki, ola bilər səhnədə dünyamı dəyişərəm, konserti davam elə. Kövrəlir. Deyirəm ki, yadında saxla, biz Allahın sevimli bəndələrindənik. Güclü olmaq pullu olmaq, yaxşı maşınının, evinin olması deyil. Bu, ruhən olur. Elə həmin anda konserti davam etdirmək gücdür.
Mənim atam dünyasını dəyişməzdən əvvəl vəziyyəti çox pis idi. Həmin vaxtlarda Alim Qasımovun konsertinə məşqlər gedirdi, mən onları saxlamadım. İndiki nəslin bəzi nümayəndələri çox acizdirlər. İnsan şor çörək də yeyər, yer də süpürər, zibil də daşıyar. Əsas odur ki, yaşayırsan, evə çörək aparırsan. Bu özü həyatdır.
Hər şey Allahın əlindədir. Bu gün sahib olduqlarımı bir anda əlimdən alsa, yenə üzüm gülər. Ümidinizi kəsməyin. Əsas odur ki, gördüyün işi düzgün edəsən. Vətən, ailə və iş - bu üç şeyə sadiq olasan".
N.Şirinov gələcəkdə oğul nəvəsi olarsa, onun sənətini davam etdirməsini arzuladığını bildirib:
"İnşallah, oğlan nəvəm olsa, adını Natiq qoyacağam. O da nağara çalacaq. Bu, onun irsidir. Heç kim məndən inciməsin, bunu məndən sonra oğlum, ondan da sonra nəvəm davam etdirə bilər. Oğluma niyə nağaranı səndən çox istəyirəm, ona görə demişəm ki, bir dəfə onu vursam, polis çağırıb tutdurarlar, amma 50 ildir bu alətə vururam, üzümə qayıtmır. Ona görə o mənə daha doğmadır. Təbii ki, bu zarafatdır, amma burada həqiqət də var". (axşam.az)
Norveçli texnoloji startap "Flocean" dəniz suyunun şirinləşdirilm
Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişin
Sosial şəbəkələrdə azərbaycanlı müğənnilərin illər əvvəl çəkilm
Sosial şəbəkələrdə yayılan qeyri-adi toy görüntüləri geniş müzakir�
Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, g
Son illər ikinci əl avtomobil bazarında Chevrolet Cruze modellərinə maraq a
Hədsiz çəkidən əziyyət çəkən bir şəxsin heç bir cərrahi müdaxilə
Aparıcı Leyla Mustafayeva yeni yaşına qədəm qoyub.
Uşaq sayı az olan ucqar kənd məktəblərinin bağlanması, şagirdlərinin o
Lənkəran rayonunun ucqar dağ kəndlərindən olan Diryan, Gəgiran, Köhnə G
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan
Dünən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzildə baş ver
