"Partiyanın yerləşdiyi binanın akt zalında gizli qurultay keçirilir" Elçin Ağaçalı
Digərləri 24 Yan 2026 10:57:00 75 0
"Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğvi və hüquqlarının bərpası üçün məhkəməyə müraciət ediblər".
Bu xəbəri də oxu: Soyuq günlərdə "həyat qurtaran" 8 ədviyyat: Qışın şəfa mənbələri
Son.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədrliyinə namizəd Elçin Ağamalı özünün "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, Qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təqiblər başlanıb:
"Qurultaydan sonrakı ilk 5-6 gün istisna olmaqla, müzakirələrin fərqli məcraya yönəlməməsi üçün mətbuatdan və sosial şəbəkələrdən ona ünvanlanan sualları cavablandırmaqdan mümkün qədər çəkinmişəm. Partiyada yaranmış problemlərin qarşılıqlı dialoq yolu ilə həlli üçün çoxsaylı təşəbbüslər göstərsə də, bu addımlar müsbət nəticə verməyib. Bir müddət şəxsən mənə qarşı olan haqsız münasibətlə barışaraq geri addım atmaq barədə düşüncələrim olsa da, qurultaydan sonra partiyada baş verən proseslər məni bu fikirdən daşındırıb. Qurultaydan sonra mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təqiblər başlanıb, onlar əsassız iddialarla, bəzən isə heç bir səbəb göstərilmədən partiya sıralarından və vəzifələrindən kənarlaşdırılıblar ki, bu da mövcud yerli təşkilatların təxminən dörddə üçünü təşkil edir".
O bildirib ki, qərarlar qeyri-legitim partiya strukturlarının adından qəbul olunub və bu proses daha çox qanunsuz qərarların verilməsi ilə nəticələnib.
"Hazırda partiyanın yerləşdiyi binanın akt zalında nizamnamə müddəalarının kobud şəkildə pozulması ilə müşayiət olunan növbəti qurultay gizli şəkildə keçirilir. Bakı şəhəri və ətraf rayonlardan gətirilən, əsasən partiyaya aidiyyatı olmayan şəxslərin iştirakı ilə təşkil edilən bu toplantı qeyri-legitimdir. Hüquqları pozulmuş rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğvi və hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət ediblər və onların bundan sonra müdafiə olunması onun üçün artıq vicdan məsələsidir", - deyə E.Ağamalı əlavə edib.
O, məhkəmə prosesinin gedişi barədə mətbuata mütəmadi məlumat veriləcəyini qeyd edib.
Xatırladaq ki, Ana Vətən Partyiyasının hazırkı sədri Fəzail Ağamalı İdarə Heyətinin qərarı ilə Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.
Kənan Son.az
Qaraciyər çatışmazlığı səbəbilə bir müddətdir müalicə alan türkiy
Bir neçə gün davam edən əlverişsiz hava nisbətən sabitləşsə də, öt�
Rusiya ordusu gecə saatlarında "Şahed" tipli pilotsuz uçuş aparat
Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi olub. Zərərçək
Tramp sülh müqaviləsini dəstəklədiklərinə görə Prezident İlham Əliye
Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində motosikletçi həyatını i
Türkiyənin Balıkesir vilayətində 5,1 maqnitudalı zəlzələ baş verib.
Yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının "Horadiz&qu
Qlobal əmtəə bazarlarında qızılın qiyməti tarixi həddi aşaraq 5 min do
Çoxumuz enerjiyə qənaət etmək üçün çaydanı az istifadə edir və ya so
Pərdələr bir otağın ruhunu tamamlayan ən vacib elementlərdən biridir. Ya
Kartof bişirərkən çoxumuzun etdiyi sadə bir addım - onu duzlu suda gözlə
Paltaryuyan maşınlarda zamanla yaranan pis qoxu, kif və yağlı çöküntül�
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycan və Ermənistana
ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış Sülh Sazi�
