Kartofu niyə duzlu suda saxlamalıyıq? Aşpazların gizli saxladığı o səbəb
Digərləri 24 Yan 2026 07:07:00 76 0
Kartof bişirərkən çoxumuzun etdiyi sadə bir addım - onu duzlu suda gözlətmək - əslində yeməyin həm dadını, həm də teksturasını kökündən dəyişdirir. Bəs bu proses kartofa tam olaraq necə təsir edir? Son.az elmi və praktik izahı təqdim edir:
Bu xəbəri də oxu: Bir ay öncədən verilən siqnal: "Ağız qoxusu infarktın xəbərçisidir"
Nişastadan təmizləyir Kartof nişasta ilə zəngin bir tərəvəzdir. Doğranmış kartofları duzlu suda saxladıqda, səthdəki artıq nişasta suya keçir. Bu, kartofun bişərkən bir-birinə yapışmasının qarşısını alır və daha dən-dən (ayrı-ayrı) qalmasını təmin edir.
Xırt-xırt tekstura yaradır Əgər kartof qızartmasının kənarlarının xırtıldayan, daxilinin isə pambıq kimi yumşaq olmasını istəyirsinizsə, duzlu su mütləqdir. Duz kartofun xaricindəki artıq nəmi çəkir, bu da qızartma zamanı mükəmməl qızılı rəng və xırtıltı yaradır.
Dadın daxilə hopması Kartofun üzərinə sonradan duz səpmək yalnız səthi dadlandırır. Duzlu suda gözlədikdə isə duz kartofun hüceyrələrinə qədər nüfuz edir. Nəticədə hər tikədə eyni dərəcədə balanslı bir dad əldə olunur.
Qaralmanın qarşısını alır Kartof soyulduqdan sonra hava ilə təmas edəndə sürətlə qaralmağa (oksidləşməyə) başlayır. Su, xüsusilə də duzlu su bu prosesi dayandıraraq kartofun təzə və parlaq görünüşünü qoruyur.
Mükəmməl nəticə üçün necə etməli? Kartofları doğradıqdan sonra geniş bir qaba yığın.
Üzərini örtəcək qədər soyuq su və bolca duz əlavə edin.
Ən az 20-30 dəqiqə (vaxtınız varsa 1 saat) gözlədin.
Suda çıxardıqdan sonra kartofları mütləq kağız dəsmal və ya təmiz mətbəx dəsmalı ilə tam qurulayın. Əks halda, yaş kartof yağa girəndə yağ sıçrayar və xırtıldamaz. Lalə Qüdrətova Son.az
Paltaryuyan maşınlarda zamanla yaranan pis qoxu, kif və yağlı çöküntül�
"Texnoloji inkişafın mövcud sürəti nəzərə alınarsa, süni intellek
Böyük Britaniyanın "Hutchinson Scott" hərrac evi Adolf Hitlerin 19
Ürək böhranı(infarkt) başlamazdan bir ay əvvəl xəbərdarlıq simptomlar�
Su qəbuluna məhəl qoymamaq sağlamlığımıza mənfi təsir göstərə bilə
Tiramisu italyanca "məni yuxarı çək" və ya "məni xoşbəxt
Türkiyənin şərqində, coğrafi şəraitin ən çətin olduğu bölgələrdə
İctimaiyyət arasında "Daltonlar" kimi tanınan cinayət qruplaşmas
"Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşam
Tarix kitablarında rast gəlmədiyimiz, lakin bəşəriyyətin inkişafını, m
Reytinq rekordları qıran "Kızılcık Şerbeti" serialında məşhur
Vyetnam mətbəxi hər il dünyaya yeni bir trend bəxş edir. Bu ilin fevral ay
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Hazırda Əbu-Dabidə keçirilən Ukrayna ilə bağlı görüşdə tərəflər d
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın rəhbər
