Dəmlənmiş çaydan möhtəşəm desert: Yumşaq kremli tort resepti


Digərləri 23 Yan 2026 23:12:00 71 0

Dəmlənmiş çaydan möhtəşəm desert: Yumşaq kremli tort resepti

Adətən tortların yanında içdiyimiz çay bu dəfə tortun öz dadına dad qatır. Dəmlənmiş çayın verdiyi tünd rəng və xüsusi ətir bu deserti digərlərindən fərqləndirir. Son.az aaddım-addım hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar: Keksi (Biskviti) üçün:

3 ədəd yumurta

1 stəkan şəkər tozu

1 stəkan soyudulmuş tünd dəmlənmiş çay (yarpaq çay olması daha yaxşıdır)

Yarım stəkan duru yağ

2.5 stəkan un

1 paket qabartma tozu

1 paket vanil

2 xörək qaşığı kakao

Kremi üçün:

3 stəkan süd

1 ədəd yumurta sarısı

2 xörək qaşığı un

1 xörək qaşığı nişasta

Yarım stəkan şəkər tozu

1 paket vanil

1 paket krem-şanti (toz halında)

Hazırlanma qaydası: İlk növbədə yumurta və şəkər tozunu köpüklənənə qədər mikserlə çalın. Üzərinə duru yağ və soyumuş tünd çayı əlavə edib qarışdırın. Sonra un, kakao, qabartma tozu və vanili ələkdən keçirərək qarışığa qatın. Hazır kütləni yağlanmış qaba töküb, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30-35 dəqiqə bişirin.

Kremin hazırlanması - süd, yumurta sarısı, un, nişasta və şəkər tozunu bir qazana töküb qatılaşana qədər qarışdıraraq bişirin. Krem qaynamağa başlayanda ocaqdan götürün, vanili əlavə edib soyumağa qoyun. Tam soyuduqdan sonra toz halındakı krem-şantini əlavə edib mikserlə 5 dəqiqə çalın (bu, kremə ipək kimi tekstura verəcək).

Soyumuş keksi ortadan iki yerə bölün. Arasına kremin yarısını bolca çəkin. Üst hissəni qoyduqdan sonra qalan kremlə tortun hər tərəfini örtün.

Tortun üzərini zövqə görə şokolad qırıntıları, üyüdülmüş püstə və ya qozla bəzəyə bilərsiniz. Dadların bir-birinə keçməsi üçün soyuducuda ən azı 3-4 saat saxlanılması tövsiyə olunur. Lalə Qüdrətova Son.az

Soyuq günlərdə "həyat qurtaran" 8 ədviyyat: Qışın şəfa mənbələri like
  • 23 Yan 22:53  
Digərləri Soyuq günlərdə "həyat qurtaran" 8 ədviyyat: Qışın şəfa mənbələri

Havaların soyuması ilə birlikdə xəstəliklərə qarşı müqaviməti artır

arrow Ətraflı
Qazaxıstanlı model rus bloqeri amansızcasına döydü like
  • 23 Yan 22:42  
Dünya Qazaxıstanlı model rus bloqeri amansızcasına döydü

İndoneziyanın kurort adası olan Balidə istirahət edən tanınmış şəxsl�

arrow Ətraflı
Şəhid bacısı qara görə 3 gün sonra dəfn edildi like
  • 23 Yan 22:38  
Digərləri Şəhid bacısı qara görə 3 gün sonra dəfn edildi

Lerikdə üç gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xalıq

arrow Ətraflı
Elnarə niyə həmin görüşdə yox idi? like
  • 23 Yan 22:31  
Şou-biznes Elnarə niyə həmin görüşdə yox idi?

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan evində məclis edərək, Əm�

arrow Ətraflı
Yaşlandıqca böyüyən və kiçilən bədən hissələri like
  • 23 Yan 22:19  
Digərləri Yaşlandıqca böyüyən və kiçilən bədən hissələri

İnsan orqanizmi yaşlandıqca təkcə daxili sistemlər deyil, bədənin ölç�

arrow Ətraflı
Afaq estetik əməliyyat etdirdi  izləyiciləri tanımadı like
  • 23 Yan 22:12  
Şou-biznes Afaq estetik əməliyyat etdirdi izləyiciləri tanımadı

Aparıcı Afaq Gəncəli paylaşımı ilə diqqət çəkib. 

arrow Ətraflı
Göyərtidən benzin, limondan balıq dadı gəlir like
  • 23 Yan 22:00  
Digərləri Göyərtidən benzin, limondan balıq dadı gəlir

Bəzi vətəndaşlar son günlər bazar və marketlərdə satılan meyvə-tərə

arrow Ətraflı
Yeni lüğətimizdə nə qədər söz olacaq? like
  • 23 Yan 21:50  
Digərləri Yeni lüğətimizdə nə qədər söz olacaq?

Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəki çıxışında,

arrow Ətraflı
Əraqçı İrandakı kütləvi etirazlar zamanı həlak olanların sayını açıqladı like
  • 23 Yan 21:47  
Digərləri Əraqçı İrandakı kütləvi etirazlar zamanı həlak olanların sayını açıqladı

İranda son iğtişaşlar nəticəsində 3 117 nəfər həlak olub.

arrow Ətraflı
BakıQuba yolunda ağır qəza: yaralılar var like
  • 23 Yan 21:36  
Digərləri BakıQuba yolunda ağır qəza: yaralılar var

Bakı-Quba avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Nazirliyin keçmiş aparat rəhbəri  şadlıq evi satın aldı like
  • 23 Yan 21:33  
Digərləri Nazirliyin keçmiş aparat rəhbəri şadlıq evi satın aldı

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayon

arrow Ətraflı
Azərbaycanlı tiktoker saxlanıldı like
  • 23 Yan 21:32  
Digərləri Azərbaycanlı tiktoker saxlanıldı

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�

arrow Ətraflı
“Apokalipsis”in “Yaquar pəncəsi” həbs olundu like
  • 23 Yan 21:21  
Şou-biznes “Apokalipsis”in “Yaquar pəncəsi” həbs olundu

Mel Gibsonun Oskara namizəd olan məşhur "Apokalipto" filmindəki ba

arrow Ətraflı
“Türkiyənin paytaxtı İstanbuldur”  Mənzurə Musayeva like
  • 23 Yan 21:12  
Şou-biznes “Türkiyənin paytaxtı İstanbuldur” Mənzurə Musayeva

Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə müzakirə olunub.

arrow Ətraflı
Binanın zirzəmisində obyekt açmaq qanunidirmi?  AÇIQLAMA like
  • 23 Yan 21:00  
Digərləri Binanın zirzəmisində obyekt açmaq qanunidirmi? AÇIQLAMA

Çoxmərtəbəli binaların birinci mərtəbəsində, zirzəmisində mağaza, ka

arrow Ətraflı