Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirildi FOTO


Digərləri 23 Yan 2026 17:30:00 67 0

Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirildi  FOTO

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.

Son.az Trend-ə istinadən bildirir ki, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Zahid Oruc dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin - 2025-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 10 iclasının keçirildiyini, 11 məsələyə baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini qeyd edib. Bildirilib ki, ötən sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət daxil olub.

Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.

Komitənin üzvləri Mircəlil Qasımlı, Azər Allahverənov, Mübariz Qurbanlı, Səyyad Aran, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov və Tural Gəncəliyev müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə deputat Sevil Mikayılova və digər rəsmi şəxslər iştirak ediblər.

"Yarıçılpaq qadın ərimin qarşısında oturdu" like
  • 23 Yan 17:21  
Şou-biznes "Yarıçılpaq qadın ərimin qarşısında oturdu"

Müğənni Xuraman Şuşalı həyat yoldaşı ilə münasibətləri barədə mar

arrow Ətraflı
Ziraat Bank Azərbaycan ASCnin Müşahidə Şurasına yeni üzv təyin edilib like
  • 23 Yan 17:20  
Digərləri Ziraat Bank Azərbaycan ASCnin Müşahidə Şurasına yeni üzv təyin edilib

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunu

arrow Ətraflı
Əliağa Vahid Gecəsi anşlaqla baş tutdu  FOTO like
  • 23 Yan 17:19  
Kriminal Əliağa Vahid Gecəsi anşlaqla baş tutdu FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "

arrow Ətraflı
6 övladını zəlzələdə itirən ANA  dəhşətli anları xatırladı like
  • 23 Yan 17:08  
Digərləri 6 övladını zəlzələdə itirən ANA dəhşətli anları xatırladı

Bildiyimiz kimi, 3 il əvvəl - 6 fevral tarixində Türkiyənin Kahramanmaraş

arrow Ətraflı
"Gecə ağlayaraq zəng etdi, cibimdəki 260 manatı qəpiyinə kimi..." like
  • 23 Yan 16:56  
Şou-biznes "Gecə ağlayaraq zəng etdi, cibimdəki 260 manatı qəpiyinə kimi..."

Xalq artisti Ağadadaş Ağayevin açıqlamaları cəmiyyətdə maraq doğurub.

arrow Ətraflı
"Bakı Metropoliteni" 300dək yeni vaqon ala bilər like
  • 23 Yan 16:51  
Digərləri "Bakı Metropoliteni" 300dək yeni vaqon ala bilər

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin İ

arrow Ətraflı
Xalq artistinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI like
  • 23 Yan 16:41  
Digərləri Xalq artistinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI

Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən

arrow Ətraflı
Ötən il hərbi xidmət əleyhinə cinayətlər azalıb like
  • 23 Yan 16:40  
Digərləri Ötən il hərbi xidmət əleyhinə cinayətlər azalıb

2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cina

arrow Ətraflı
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib like
  • 23 Yan 16:34  
Digərləri Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verilib

Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən heyvan bazarın

arrow Ətraflı
Azərbaycandakı dini konfessiyaların rəhbərləri İlham ƏIiyevi təbrik ediblər like
  • 23 Yan 16:24  
Siyasət Azərbaycandakı dini konfessiyaların rəhbərləri İlham ƏIiyevi təbrik ediblər

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Azər

arrow Ətraflı
Əməkdar artist efirə velosipedlə GƏLDİ like
  • 23 Yan 16:09  
Şou-biznes Əməkdar artist efirə velosipedlə GƏLDİ

Əməkdar artist Zaur Əmiraslanov "Space TV"də yayımlanan "Öz

arrow Ətraflı
Kamran Əsədovla əlbir olan qaynı İŞDƏN ÇIXARILDI like
  • 23 Yan 15:57  
Digərləri Kamran Əsədovla əlbir olan qaynı İŞDƏN ÇIXARILDI

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları i

arrow Ətraflı
İlk dəfə bu imtahanlar elektron qaydada keçiriləcək like
  • 23 Yan 15:56  
Digərləri İlk dəfə bu imtahanlar elektron qaydada keçiriləcək

Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və

arrow Ətraflı
Ölkə telekanalların proqramlarının janr bölgüsü açıqlanıb like
  • 23 Yan 15:52  
Digərləri Ölkə telekanalların proqramlarının janr bölgüsü açıqlanıb

Azərbaycanda 2025-ci il üzrə ümumölkə yerüstü televiziya yayımçıları

arrow Ətraflı