Əliağa Vahid Gecəsi anşlaqla baş tutdu FOTO
Kriminal 23 Yan 2026 17:19:00 74 0
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Nadir Events"in təşkilatçılığı ilə klassik poeziyamızın görkəmli nümayəndəsi, qəzəl sənətinin nadir zirvəsi Əliağa Vahidin yaradıcılığına həsr olunmuş möhtəşəm ədəbi-musiqili gecə keçirilib.
Bu xəbəri də oxu: Vəzifəli şəxs həbs edildi
Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə baş tutan gecə şairin öz ifasında səslənən qəzəllə başlayıb və bu, zalda xüsusi bir nostalji ab-hava yaradıb. Aparıcı çıxışında Vahid irsinin əhəmiyyətindən və şairin qəzəllərinin xalq musiqisi ilə ayrılmaz bağlarından bəhs edərək sənətkarın xatirəsini ehtiramla yad edib.
Gecədə Respublikanın tanınmış incəsənət ustaları - Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Teyyub Aslanov və Zabit Nəbizadənin, Əməkdar artist İlkin Əhmədovun, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, həmçinin Vəfa Vəzirova və Hüseyn Məlikovun ifasında səslənən "Orta Segah", "Mahur-Üşşaq", "Şur", "Cahargah", "Rast" və "Bayatı-Şiraz" muğam parçaları və təsniflər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qiraətçi Hüseynağa Aslanovun şövqlə səsləndirdiyi qəzəllər isə Vahid poeziyasının dərin fəlsəfəsini auditoriyaya dolğun şəkildə çatdırıb. Solistləri Xalq artisti Elçin Həşimovun (tar) və Əməkdar artist Elnur Əhmədovun (kamança) rəhbərliyi, eləcə də Məhta Məhəmmədəlizadə (qanun), Fəqan Ələsgərov (balaban) və Siyavuş Kərimovun (nağara) iştirakı ilə xalq çalğı alətləri ansamblı müşayiət edib. Eyni zamanda proqramda Əməkdar artistlər Əliağa Sədiyev (tar) və Xəyyam Məmmədov (kamança), habelə Altay Niftəliyev (tar) və Araz Ağayarov (kamança) öz yüksək sənətkarlıqlarını nümayiş etdiriblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bildiyimiz kimi, 3 il əvvəl - 6 fevral tarixində Türkiyənin Kahramanmaraş
Xalq artisti Ağadadaş Ağayevin açıqlamaları cəmiyyətdə maraq doğurub.
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin İ
Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən
2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cina
Ramanada yerləşən "Appro Hospital"da ölüm hadisəsi baş verib.
Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən heyvan bazarın
Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Azər
Əməkdar artist Zaur Əmiraslanov "Space TV"də yayımlanan "Öz
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları i
Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və
Azərbaycanda 2025-ci il üzrə ümumölkə yerüstü televiziya yayımçıları
Samsun şəhərinin Tekkeköy rayonunda gecə saatlarında baş verən yol-nəql
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 2025-ci il ərzində
