Prokurorluq və ADY həmin hökmdən narazıdır “Ziyanın məbləği çoxdur”
Kriminal 23 Yan 2026 13:25:00 72 0
Lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) əməkdaşları dövlətə dəymiş ziyanı tam ödəyiblər.
Bu xəbəri də oxu: Dövlət Uşaq Filarmoniyası “Andersen nağıllarının sehrində musiqili səyahət” adlı nağıl dolu axşam yaşayacaq
MilliAz qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəmə hökmü ilə müəyyən edilmiş 107 min manatlıq ziyanın qalan 31 min 837 manat hissəsi də təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanov tərəfindən geri qaytarılıb.
Lakin prokurorluq və ADY bununla razılaşmır, ziyanın real məbləğinin daha çox olduğunu bildirir. İttiham tərəfi bunu ibtidai istintaq dövründə aparılmış mütəxəssis rəyi ilə əsaslandırır. Həmin rəyə görə, bu cinayət əməli nəticəsində dövlətə dəymiş ziyan 236 min manat təşkil edir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizası isə yeyintinin 236 min deyil, 107 min manat olduğunu müəyyən edib. Bu rəyə əsasən də hökm çıxarılıb.
Hazırda prokurorluq və zərərçəkmiş tərəf məhkəmə ekspertizasının rəyini qəbul etmir. Bu səbəbdən dövlət ittihamçısı protest, ADY isə apellyasiya şikayəti verib.
Eyni zamanda təqsirləndirilən şəxslər də hökmdən apellyasiya şikayəti təqdim ediblər. Eldəniz Sadıqovun vəkili Nicat Vəliyev saytımıza açıqlamasında deyib ki, bir neçə gün əvvəl ziyanın qalan hissəsi də tam ödənilib. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə qərar verəcəyinə ümid edirlər.
Abşeron rayonunda fəhlənin iş zaman ölməsi faktı ilə bağlı araşdırma
Atatürk Mərkəzində yazıçı və tədqiqatçı Yunus Oğuzun "TÜRK etn
Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz
Sosial media hesabındakı paylaşımı ilə diqqət çəkən məşhur müğənn
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yan
Son dövrlərdə Azərbaycanda türk qızılının qiymətində müşahidə olun
Azur Air aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi, Pxuket-Barnaul reysini
İlon Maskın ard-arda yeni şirkətlər qurması və ya satın alması uzun ill
Reper Elşad Xosenin xanımı Lətifə ilə birgə paylaşımı diqqət çəki
Hazırda Azərbaycanda müşahidə olunan qar sürüşmə risklərini müvəqqə
Son illər bir çox insan üçün həyat emosional və maddi baxımdan ağır ke
Özbəkistanda baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə böyük ma
"Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Apar
Müğənni Rəqsanə İsmayılovanın qardaşı haqda qalmaqallı açıqlama ver
Bəzi bazarlarda yemək üçün nəzərdə tutulan kartoflarla yanaşı texniki,
