Süni intellektdən istifadə edənlərin NƏZƏRİNƏ – Həbs oluna bilərsiniz
Digərləri 22 Yan 2026 13:16:00 80 0
"Süni intellektlə yaradılan "deepfake" məzmunlar Azərbaycan hüquq sistemi üçün nisbətən yeni, lakin son dərəcə aktual çağırışdır. Hazırda ölkəmizdə "deepfake" anlayışını birbaşa tənzimləyən ayrıca qanunvericilik aktı mövcud deyil. Lakin bu, həmin halların hüquqi məsuliyyətsiz qalması anlamına gəlmir".
Bu xəbəri də oxu: Uşaqların əməyinə nəzarət gücləndirildi – valideyn razılığı tələb olunur
Son.az xəbər verir ki, bu fikirləri Medailoq.az-a açıqlamasında hüquq müdafiəçisi Rəşad Əliyev qeyd edib.
O deyib ki, mövcud qanunvericilik çərçivəsində belə hallar bir neçə istiqamətdə qiymətləndirilə bilər: "Əgər süni intellekt vasitəsilə hazırlanmış saxta video və ya səs yazısı şəxsin şərəf və ləyaqətini alçaldırsa, bu, Mülki Məcəllənin və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məsuliyyət yarada bilər. Eyni zamanda, şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi məlumatların qanunsuz yayılması və ya imicə ciddi zərər vurulması hallarında hüquqi müdafiə mexanizmləri mövcuddur. Xüsusilə seçkilər, ictimai-siyasi proseslər və dövlət təhlükəsizliyi ilə bağlı sahələrdə "deepfake" texnologiyalarından istifadə daha ağır nəticələr doğura bilər. Bu cür məzmunlar dezinformasiya, ictimai çaşqınlıq və siyasi manipulyasiya məqsədi daşıyırsa, artıq məsələ təkcə fərdi hüquqların pozulması deyil, həm də milli təhlükəsizlik kontekstində qiymətləndirilir. Bu halda məsuliyyət daha sərt ola və cinayət tərkibi formalaşa bilər".
O əlavə edib ki, Azərbaycanda "Media haqqında" Qanun və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun çərçivəsində yalan, təhrif olunmuş və ictimai rəyə təsir edən məlumatların yayılmasına görə hüquqi öhdəliklər müəyyən edilib:
Əmək qanunvericiliyinə əsasən, məzuniyyətdə olan işçinin işdən çıx
Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.
Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir neçə gün efirə ç�
Son bir neçə gündə ölkə ərazisində müşahidə edilən qarlı hava şə
İş yerinin gəlir vergisinin kompensasiya etmək kimi öhdəliyi yoxdur.
Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda
Papa XIV Leo ABŞ prezidenti Donald Trampın Qəzzanın idarə olunması və yen
"ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb.
Yazıçı, tərcüməçi Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin �
Saathesabı əməkhaqqı məsələsi hazırda hökumətə təqdim olunub və mü
Ötən il dövlət orqanlarından daxil olmuş materialların araşdırılması
2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı sahələr
Məşhur müğənni Yıldız Tilbe Qəzzada evsiz qalan fələstinlilərə dəst
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
