Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək


Digərləri 22 Yan 2026 13:11:00 55 0

Xərçəng xəstələri müalicə üçün özəl klinika seçə biləcək

Onkoloji müalicə artıq özəl klinikalarda da mümkün olacaq.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Dəyişikliklərə əsasən, onkoloji xidmətin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq.

Hazırda "Onkoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə onkoloji xidmət yalnız bu sahə üzrə ixtisaslaşmış dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Eyni zamanda dövlət onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılmasını və onların maddi-texniki bazasının gücləndirilməsini təmin edir.

Qanunvericiliyə əsasən onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir.

Lakin "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi və müalicə müəssisəsini seçmək hüququnu təsbit etsə də, mövcud qaydalara görə onkoloji yardım yalnız dövlət müəssisələrində göstərilə bilir. Bu isə pasiyentin seçim hüququnun faktiki olaraq məhdudlaşmasına səbəb olur.

Mövcud qanunvericiliyə görə hər hansı özəl tibb müəssisəsi onkoloji xidmət göstərərsə, bu fəaliyyət lisenziyadan kənar hesab olunur və məsuliyyətə səbəb olur. Digər tərəfdən, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və müalicənin yalnız dövlət büdcəsi hesabına aparılması bir sıra vətəndaşların ölkə xaricində müalicəyə üz tutmasına gətirib çıxarır. Halbuki, ölkə ərazisində müasir avadanlıqlarla təchiz olunmuş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən qanunvericiliyə dəyişiklik edilərək "Lisenziyalar və icazələr haqqında" Qanunun tələblərinə uyğun şəkildə özəl tibb müəssisələrinə də onkoloji yardım göstərmək hüququnun verilməsi təklif olunur. Dəyişikliklərə əsasən, yalnız onkoloji yardım üzrə müvafiq lisenziyaya malik özəl tibb müəssisələri bu fəaliyyəti həyata keçirə biləcək.

Layihənin qəbul edilməsi nəticəsində vətəndaşlar öz iradələrinə uyğun olaraq dövlət və ya lisenziyalı özəl tibb müəssisəsində müalicə almaq imkanı qazanacaqlar. Bununla da Azərbaycan Respublikasının vətəndaşlarının, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müalicə həkimini və tibb müəssisəsini sərbəst seçmək hüququnun təmin olunacağı gözlənilir./Modern.az

Vüsalə buna görə efirə çıxmır like
  • 22 Yan 13:08  
Şou-biznes Vüsalə buna görə efirə çıxmır

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə bir neçə gün efirə ç�

arrow Ətraflı
Qarlı havaya görə qiymətlər artdı  Bazarda bu məhsullar bahalaşdı like
  • 22 Yan 13:05  
Digərləri Qarlı havaya görə qiymətlər artdı Bazarda bu məhsullar bahalaşdı

Son bir neçə gündə ölkə ərazisində müşahidə edilən qarlı hava şə

arrow Ətraflı
İşəgötürən vergi öhdəliyinə görə məsuliyyət daşıyır? – RƏSMİ AÇIQLAMA like
  • 22 Yan 12:58  
Digərləri İşəgötürən vergi öhdəliyinə görə məsuliyyət daşıyır? – RƏSMİ AÇIQLAMA

İş yerinin gəlir vergisinin kompensasiya etmək kimi öhdəliyi yoxdur.

arrow Ətraflı
İşəgötürənlərə xəbərdarlıq  bədbəxt hadisələri gizlətmək qanunsuzdur like
  • 22 Yan 12:55  
Digərləri İşəgötürənlərə xəbərdarlıq bədbəxt hadisələri gizlətmək qanunsuzdur

Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda

arrow Ətraflı
Trampdan Roma Papasına mühüm təklif like
  • 22 Yan 12:50  
Dünya Trampdan Roma Papasına mühüm təklif

Papa XIV Leo ABŞ prezidenti Donald Trampın Qəzzanın idarə olunması və yen

arrow Ətraflı
Uşaqların əməyinə nəzarət gücləndirildi – valideyn razılığı tələb olunur like
  • 22 Yan 12:47  
Digərləri Uşaqların əməyinə nəzarət gücləndirildi – valideyn razılığı tələb olunur

"ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb.

arrow Ətraflı
“Açıbağartmıram” deyib getmişdi  Anardan cavab gəldi like
  • 22 Yan 12:45  
Digərləri “Açıbağartmıram” deyib getmişdi Anardan cavab gəldi

Yazıçı, tərcüməçi Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin �

arrow Ətraflı
Saathesabı əməkhaqqı hökumətə təqdim olundu like
  • 22 Yan 12:42  
Digərləri Saathesabı əməkhaqqı hökumətə təqdim olundu

Saathesabı əməkhaqqı məsələsi hazırda hökumətə təqdim olunub və mü

arrow Ətraflı
Azərbaycanda uşaqların qanunsuz əməyə cəlb edilməsi halları aşkarlandı like
  • 22 Yan 12:40  
Digərləri Azərbaycanda uşaqların qanunsuz əməyə cəlb edilməsi halları aşkarlandı

Ötən il dövlət orqanlarından daxil olmuş materialların araşdırılması

arrow Ətraflı
İstehsalatda faciəvi statistika: yüzlərlə xəsarət, onlarla ölüm like
  • 22 Yan 12:33  
Digərləri İstehsalatda faciəvi statistika: yüzlərlə xəsarət, onlarla ölüm

2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı sahələr

arrow Ətraflı
Yıldız Tilbedən Qəzzaya rekord yardım like
  • 22 Yan 12:30  
Şou-biznes Yıldız Tilbedən Qəzzaya rekord yardım

Məşhur müğənni Yıldız Tilbe Qəzzada evsiz qalan fələstinlilərə dəst

arrow Ətraflı
Pensiyalar ödənildi like
  • 22 Yan 12:29  
Digərləri Pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
İran ilk qitələrarası ballistik raketi sınaqdan keçirdi like
  • 22 Yan 12:20  
Dünya İran ilk qitələrarası ballistik raketi sınaqdan keçirdi

İran son günlər ölkə daxilində davam edən etirazlar və ABŞ prezidenti D

arrow Ətraflı
Onlara ikiqat maaş ödənilməlidir – RƏSMİ like
  • 22 Yan 12:17  
Digərləri Onlara ikiqat maaş ödənilməlidir – RƏSMİ

"İşəgötürən qanunvericiliyin icazə verdiyi hallarda işçini ay ərz

arrow Ətraflı