İlham Əliyev Davosda Marta Kosla görüşüb
Siyasət 21 Yan 2026 22:11:00 61 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.
Bu xəbəri də oxu: Prezident Davosda “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti ilə görüşüb FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eyni zamanda, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunuldu.
Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı və bu istiqamətdə fikir mübadiləsi aparıldı. Son.az
Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat �
Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklər
Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Z
21 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmi
"AnewZ" TV Liviya inqilabı və ölkənin keçmiş lideri Müəmmər Q
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bəzi ərazilərində yanva
Sabah Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu M.Şərifza
Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi-uşaq bağçasının
ABŞ olmasaydı, indi hamınız almanca və ya yapon dilində danışardınız.
Azərbaycanın əməkdar artisti, aktyor İlqar Cahangirə ağır itki üz verib
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə
Ermənistan-Azərbaycan sərhədində "ideal sülh" hökm sürür.
