AzərbaycanABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ikinci iclası keçirildi
Siyasət 21 Yan 2026 21:02:00 66 0
21 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda ikinci iclası keçirilib.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib
Son.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
İclas zamanı, ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Strateji Tərəfdaşlıq Xartiyasının yekunlaşdırılması məqsədilə sənədin mətni üzərində müzakirələr davam etdirilib. Son.az
"AnewZ" TV Liviya inqilabı və ölkənin keçmiş lideri Müəmmər Q
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bəzi ərazilərində yanva
Sabah Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu M.Şərifza
Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi-uşaq bağçasının
ABŞ olmasaydı, indi hamınız almanca və ya yapon dilində danışardınız.
Azərbaycanın əməkdar artisti, aktyor İlqar Cahangirə ağır itki üz verib
Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə
Ermənistan-Azərbaycan sərhədində "ideal sülh" hökm sürür.
"Moody`s" beynəlxalq reytinq agentliyi Azərbaycanın iqtisadi artım
Azərbaycanda orta illik inflyasiya 2028-ci ilədək 4 %-ə enəcək.
Uzun müddətdir sağlamlıq problemləri yaşayan tanınmış aktrisa Mənsumə
ABŞ ümumilikdə 18 trilyon dollarlıq rekord investisiya öhdəlikləri əldə
