“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”


Digərləri 26 Mar 2025 08:20:00 79 0

“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”

"Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir".

Bunu "Report"a açıqlamasında layihə rəhbəri Osman Beserek bildirib.

Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq: "Layihənin icrası beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur".

O. Beserek vurğulayıb ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək. Onun sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcək: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu: "Əlavə stansiyaların tikintisi ilə bağlı təkliflər hazırlanır. Hazırda əsas işlər İğdır şəhərində aparılır".

O bildirib ki, Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometrə yaxın olacaq: "Tikinti üçün bir neçə baza qurulacaq, onlardan biri artıq İğdır şəhərində inşa edilir. Burada işlər sürətlə davam edir və yekunlaşdıqdan sonra dəmir yolu xəttinin tikintisinə start veriləcək".

Layihə rəhbəri əlavə edib ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır. Layihə çərçivəsində 3 viyadük inşa ediləcək (ümumi uzunluğu təxminən 2 800 metr), 5 tunel tikiləcək (ümumi uzunluğu 11,3 km), 10 körpü, 480 menfez, 145 alt keçid, 27 üst keçid, 19 açılıb-bağlanan keçid inşa olunacaq. Bununla yanaşı, bir çox ərazidə torpaq möhkəmləndirmə və qazma-doldurma işləri aparılacaq: "Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmir, eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək".

O. Beserek qeyd edib ki, Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq Naxçıvan bölgəsində Vəli Dağı və Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti yenidən qurulacaq: "Hazırda təkzolaqlı olan bu xəttin ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə, Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət göstərir, bu isə layihənin Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə birbaşa inteqrasiyasını təmin edəcək".

Onun sözlərinə görə, Qars-İğdır-Naxçıvan dəmir yolu xətti istifadəyə verildikdən sonra burada saatda 160 km sürətlə hərəkət edən qatarlar işləyəcək: "Beləliklə, bu qatarlar təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq".

Almaniya hökuməti rəsmən istefa verdi like
  • 26 Mar 08:12  
Dünya Almaniya hökuməti rəsmən istefa verdi

Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi hökumət üzvləri yeni ça�

arrow Ətraflı
Minilliyin ilk insanı vəfat etdi like
  • 26 Mar 08:02  
Dünya Minilliyin ilk insanı vəfat etdi

Çində 25 yaşında "minilliyin uşağı" kimi tanınan Syan adlı q�

arrow Ətraflı
"Hudutsuz sevda"nın aktyoru yeni serialda  FOTO like
  • 26 Mar 07:00  
Digərləri "Hudutsuz sevda"nın aktyoru yeni serialda FOTO

Sonuncu dəfə "Hudutsuz sevda" serialına rol alan Erol Babaoğlunun

arrow Ətraflı
Mars Qırmızı planetə necə çevrilib? like
  • 26 Mar 06:06  
Digərləri Mars Qırmızı planetə necə çevrilib?

Alimlər Mars planetinin xarakterik qırmızı rənginin səbəbləri ilə bağl

arrow Ətraflı
Bitki yağlarının faydalı olması üçün belə istifadə edin like
  • 26 Mar 05:05  
Digərləri Bitki yağlarının faydalı olması üçün belə istifadə edin

Orqanizmimiz üçün rafinə olunmamış yağlar daha faydalıdır.

arrow Ətraflı
Ataları ana edən APARAT  FOTO like
  • 26 Mar 04:04  
Digərləri Ataları ana edən APARAT FOTO

Yaponiyada kişinin öz körpəsini südlə qidalandırmasına imkan yaradan, qa

arrow Ətraflı
Pəhriz saxlayırsınız, amma arıqlamırsınız  mütəxəssis səbəbini AÇIQLADI like
  • 26 Mar 03:03  
Digərləri Pəhriz saxlayırsınız, amma arıqlamırsınız mütəxəssis səbəbini AÇIQLADI

"Çəki itirərkən balanslaşdırılmış pəhriz saxlamaq vacibdir. Bu za

arrow Ətraflı
Bir gecəlik yuxusuzluğun həyat üçün TƏHLÜKƏLİ NƏTİCƏLƏRİ like
  • 26 Mar 02:02  
Digərləri Bir gecəlik yuxusuzluğun həyat üçün TƏHLÜKƏLİ NƏTİCƏLƏRİ

Yuxu çatışmazlığı immun hüceyrələrinə piylənməsi olan insanlarda mü

arrow Ətraflı
Bu ətirlər kişiləri "dəli" edəcək: like
  • 26 Mar 01:01  
Digərləri Bu ətirlər kişiləri "dəli" edəcək:

Ətir seçimi sadəcə xoş qoxuları seçməkdən daha artıqdır. Bu, xüsusi

arrow Ətraflı
Mehman Əliyev vəfat etdi like
  • 26 Mar 00:38  
Digərləri Mehman Əliyev vəfat etdi

Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Mehman Əliyev vəfat edib.

arrow Ətraflı
Hind aktyor öldü like
  • 26 Mar 00:18  
Dünya Hind aktyor öldü

Hindistanın tanınmış aktyoru Şihan Hussaini vəfat edib.

arrow Ətraflı
Günün qoroskopu: Baş ağrısı və gərginliyə qarşı ehtiyatlı olun like
  • 26 Mar 00:01  
Digərləri Günün qoroskopu: Baş ağrısı və gərginliyə qarşı ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Fransa kanalı Ermənistanı xəritədən sildi  FOTO like
  • 25 Mar 23:48  
Dünya Fransa kanalı Ermənistanı xəritədən sildi FOTO

Fransanın "Arte France" telekanalının "28 dəqiqə" veril

arrow Ətraflı
Ölkəmizi küçə terroruna təslim edə bilmərik  Ərdoğan like
  • 25 Mar 23:36  
Digərləri Ölkəmizi küçə terroruna təslim edə bilmərik Ərdoğan

Qardaşla qardaşın arasını vurmaq üçün çox məkrli oyun oynadılar. Ünv

arrow Ətraflı