“Bayram gecəsi pulumu, qızıllarımı oğurlayıb evi də yandırıblar”
Digərləri 25 Mar 2025 23:12:00 59 0
Xəbər verdiyimiz kimi, martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Bayram günü evi yanan kişi pulunun və qızıllarının oğurlandığını iddia edir.
Bu xəbəri də oxu: Soltan Qasımov İŞDƏN ÇIXARILDI Yeni təyinat
Son.az "APA TV"yə istinadən xəbər verir ki, ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu bildirib.
Onun sözlərinə görə, yanğından sonra qızıl-zinət əşyalarını və pulları yerində tapmayıb: "Mən rayona getmişdim. Zəng etdilər ki, eviniz yanır. Yanğın hadisəsi də elə qızılın və pulun olduğu yerdə olub. Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki?!"
S. Cumerdov oğruların evə eyvandan girməsindən şübhələndiyini də sözlərinə əlavə edib: "Hadisə gecə saatlarında olub. Hava da yağışlı idi. Çöldə adam olmayıb, tonqal yandırılmayıb. Buna görə də girmək çox rahat olub deyə düşünürəm. Yanğından sonra qızıl və puların olduğu yerə baxmışıq. Orada nə pulun çantasına, nə də qızılın qabına aid hələ ki hər hansı bir detal tapmışıq".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə barədə polisə müraciət daxil olmayıb. Vətəndaşın müraciəti daxil olduğu təqdirdə qeyd olunan iddiaya hüquqi qiymət veriləcək.
Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçirib. Yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.
Hollivud aktrisası Cennifer Eniston keçmiş ərinin toyu elan olunduqdan bir n

Rusiyanın öz hərbi üstünlüyünə artan inamı və nüvə müharibəsi risk

Azərbaycan mətbəxi zəngin və müxtəlif dadları ilə dünyada tanınır. B

İngiltərədəki fermalardan birində tapılan unikal toyuq yumurtası dünyan�

Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayevi ölkənin həm d

Çay uzun illərdir ki, insanlar tərəfindən sağlamlıq üçün faydalı içk

Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçi

"Meyxanaçı Namiq Qaraçuxurlunun vaxtında təklif etdiyi mahnını oxuma

Kreml Ər-Riyadda ABŞ ilə məsləhətləşmələrin yekunu ilə bağlı bəyan

Bakıda icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə baş�

Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər G7 ölkələri

35 yaşlı aktyor Oleq Buqanov reanimasiyaya yerləşdirilib.

Papa Fransisk sətəlcəm səbəbiylə xəstəxanaya yerləşdirilərkən ciddi

Müğənni Nadir Qafarzadə ifaçı oğlu Əzizin toy tarixini açıqlayıb.
