Papa bu tarixdə ölə bilərmiş: Həmin gecə... Həkimi danışdı
Dünya 25 Mar 2025 20:00:00 77 0
Papa Fransisk sətəlcəm səbəbiylə xəstəxanaya yerləşdirilərkən ciddi qızdırma keçirib və bir anda həkimlər onun öləcəyini düşünüb.
Bu xəbəri də oxu: 59 il ölüm hökmünü gözlədi, 1,4 milyon dollar təzminat alacaq
Bu barədə Roma "Gemelli" Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, papanı müalicə edən həkimlərdən biri Serxio Alfieri "Korriere della Sera"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, kritik an qəbuldan iki həftə sonra fevralın 28-də baş verib. Fransis, tənəffüs sisteminin vəziyyətində kəskin pisləşməyə səbəb olan qusma və onun aspirasiyası təsiri ilə bronxial spazm keçirməyə başlayıb. Həkimlər bronxial klirens və qeyri-invaziv ventilyasiyaya müraciət etməli olublar.
"İlk dəfə orada olan insanların gözündə yaş gördüm. Onu səmimi qəlbdən sevən, bir ata kimi görən insanlar sarsılmışdı. Hamımız anladıq ki, vəziyyət ciddi şəkildə pisləşib və öhdəsindən gələ bilməyəcəyimiz riski var. Həmin gecə dəhşətli idi", - Alfieri deyib.
O, Papanın böhran boyunca şüurlu olduğunu və qərarların qəbulunda iştirak etdiyini söyləyib.
"Biz seçim etməli idik: ya getsin, ya da risk et və mümkün olan hər şeyi sına. Biz sonuncunu seçdik", - həkim əlavə edib.
Qeyd edək ki, Papa Fransisk beş həftəlik müalicədən sonra xəstəxanadan buraxılıb. Ona uzunmüddətli terapiya və iki aylıq istirahət təyin edilib. Həkim bildirib ki, papaya təkrar yoluxmamaq üçün xüsusilə uşaqlar və insan qrupları ilə təması məhdudlaşdırmağı tövsiyə edib.
Xatırladaq ki, Fransisk fevralın 14-də "Gemelli" Klinikasına yerləşdirilib. Sonradan ona ikiqat pnevmoniya diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirildiyi müddətdə pontifik dörd dəfə tənəffüs böhranı keçirib. Onunla bağlı bütün tədbirlər ləğv edilib. (publika.az)
Müğənni Nadir Qafarzadə ifaçı oğlu Əzizin toy tarixini açıqlayıb.

AZAL təyyarəsinin Aktau yaxınlığında faciəli şəkildə qəzaya uğramas�

Vahid Rusiya" Partiyasının deputatı Nikolay Tsed küçə itlərindən sa

ATV-də yayımlanan "Gün ortası" verilişində gərgin anlar yaşan�

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın sülh sazişini

Yüksək ixtisasa malik əcnəbi mütəxəssislər rus dili, Rusiya tarixi və q

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xar

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keç

Rusiyalı reper Timatinin (əsl adı Timur Yunusov) başına iş gəlib.

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Radioquraşdırma zavodu&qu

Daha bir vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.

"Dünyanın yarısı Belarusdakı "diktatura"nı - real işlər v

Hakerlər Putinin ailəsinin DNT profilini sındırıblar - nadir haploqrup və
