Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU
Digərləri 14 Yan 2026 14:10:00 67 0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Bu xəbəri də oxu: Yayılan xəstəliyə görə məktəblər bağlanacaq? Rəsmi CAVAB
Son.az xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5 il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5 il, 5 ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla münasibətdə olan zaman videoları lentə alınıb.
Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü Nazlı Qılıcova və Dilşad Əhmədova saxlanılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.
Astara rayonunun dağ kəndi Siyəküdə ağır sosial vəziyyət hökm sürür.
Müğənni Nəfəs qatıldığı verilişlərin birində şəxsi həyatı ilə b
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlament
Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradara
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr a
Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də g�
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakı Metrosunun "Sahil" stansiyasından "28 May" stansiyas�
Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Son vaxtlar sosial şəbəkələrdə istifadəçilər "WhatsApp" mesaj
Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan az
