Kiberpolis Bakıda əməliyyat keçirdi Saxlanılan var
Digərləri 14 Yan 2026 13:05:00 63 0
Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub.
Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya "bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı" barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib.
Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr a
Məşhur animasiya "Simpsonlar" hər il olduğu kimi bu dəfə də g�
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakı Metrosunun "Sahil" stansiyasından "28 May" stansiyas�
Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Son vaxtlar sosial şəbəkələrdə istifadəçilər "WhatsApp" mesaj
Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan az
Xalq artisti Brilyant Dadaşova geyimi ilə müzakirə yaradan müğənni Sevinc
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrd�
Dünən tanınmış aparıcı və jurnalist Xoşqədəm Hidayətqız 52 yaşın�
Bir çox məktəblərdə uşaqların kütləvi şəkildə xəstələnməsi müş
"Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçiril
Böyük şəhərlərdə köhnə və istifadəyə yararsız tikililər, eləcə d
