Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan dünyaya daha böyük töhfələr verəcək – Sahil Kərimli
Siyasət 07 Yan 2026 14:32:00 86 0
Əgər bu gün Ermənistan rəhbərliyi konstruktiv siyasət sərgiləyirsə, Azərbaycanla sülh müqaviləsinin imzalanaması istiqamətində, Zəngəzur dəhlizi layihəsinin reallaşması yönümdə müsbət addımlar atırsa, bu irəliləyiş heç də asanlıqla əldə edilməyib. Bu uğurun təməlində Azərbaycanın qətiyyətli mövqeyi, Ermənistanı sülhə məcbur etmək istiqamətində atılan məqsədyönlü siyasət dayanır.
Bu xəbəri də oxu: Dünya mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Son.az xəbər verir ki, bu fikirləri "ARB 24" kanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar şübhəsiz ki, dünyanın supergücləri tərəfindən də qəbul edilir və biz Amerika Birləşmiş Ştatlarının ölkəmizə verdiyi böyük dəstəyi görürük.
"Amerika Azərbaycanla Cənubi Qafqazın güclü lideri kimi əməkdaşlıq edir, ölkəmizin yaratmaq istədiyi dayanıqlı sülh və təhlükəsizliyə böyük töhfə verir. Azərbaycan ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə ciddi dəstəyini qazana bilib və Prezident İlham Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan hədəflərə doğru irəliləyiririk. Bunun nəticəsidir ki, biz Ermənistanla sülh müqaviləsi imzalamağa, Zəngəzur dəhlizi layihəsini reallaşdırmağa çox yaxınıq.
Azərbaycan indiyədək dünya əhəmiyyətli bir çox nəhəng layihələrə müəlliflik edib, enerji, neft-qaz təminatı üzrə əvəzsiz işlər görüb. Amma Zəngəzur dəhlizi açıldıqdan, bölgənin nəqliyyat-kommunikasiya şəbəkəsi şaxələndikdən sonra Cənubi Qafqazda tamamilə yeni parlaq mənzərə yaranacaq. Şübhə yoxdur ki, bu, təkcə bölgəmiz üçün deyil, bütün dünya üçün bənzərsiz dividentlər qazandıracaq", - deyə Sahil Kərimli qeyd edib.
Müğənni Aysun İsmayılova "Rəngarəng" verilişində qonaq olark�
"Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikl
"Kızılcık Şerbeti" serialında Fatih obraz canlandıran Doğukan G
Azərbaycan Taekvando Federasiyasının əməkdaşı, tanınmış jurnalist Zaur
Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 22 milyard 470,2 milyon manat
Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm
"Baku City Karting"də yeniyetmənin ölümü ilə nəticələnən qə
Əməkdar artist Gülüstan Əliyeva mərhum həyat yoldaşının vandalizmə m�
"Hyundai Motor Group" 2028-ci ildən etibarən avtomobil zavodlarında
İranın Abdanan şəhərində xalqın nəzarəti altına keçib. Melekşahda b
Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Türkiyə Böyük Millə
Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısına topla�
Gürcüstanın Qardabani rayonunun Qara Təhlə kəndində yanvarın 5-də baş
"Cənab Prezident İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya k
