Kamaləddin Qafarov: “Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir”


Digərləri 07 Yan 2026 12:10:00 79 0

Kamaləddin Qafarov: “Azərbaycan öz məqsədlərinə doğru inamla irəliləyir”

"Cənab Prezident İlham Əliyevin yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirilən fikirlər ölkənin postmünaqişə dövründə həyata keçirdiyi strateji inkişaf modelinin mahiyyətini aydın şəkildə ortaya qoyur".

Son.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bir-biri ilə və Azərbaycanın digər bölgələri ilə kompleks şəkildə bağlantısının təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirməsi, əslində, təkcə nəqliyyat məsələsi deyil, bütövlükdə milli inteqrasiyanın yeni mərhələsidir.

"Kəlbəcər-Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətlərinin paralel şəkildə inkişaf etdirilməsi ölkədaxili iqtisadi dövriyyəni sürətləndirir, regionlararası tarazlığı gücləndirir və ölkənin logistika xəritəsini daha çevik və etibarlı edir. Bu yanaşma göstərir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimi planlaşdırılır və bu ərazilər mərkəzdən kənar yox, mərkəzin özünə çevrilməkdədir".

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, cənab Prezident İlham Əliyevin dəmir yolu, avtomobil və gələcəkdə hava nəqliyyatının ölkədaxili miqrasiyanı stimullaşdıracağı ilə bağlı fikirləri sosial-iqtisadi siyasətin mühüm aspektini əks etdirir:

"Dövlət başçısı "şərt deyil ki, hamı Bakıya gəlsin" deməklə regional inkişaf fəlsəfəsinin əsas ideoloji dayağını müəyyənləşdirdi. Xankəndi və Ağdamın azad edilmiş ərazilərin aparıcı şəhərlərinə çevrilməsi planı bu bölgələrin təkcə yaşayış məkanı deyil, həm də iqtisadi, mədəni və inzibati cazibə mərkəzi olacağını göstərir. Artıq bu şəhərlərə Bakıdan, Naxçıvandan və digər bölgələrdən insanların gəlməsi reallığa çevrilib. Bu ilin sonunadək 120-140 min insanın azad edilmiş ərazilərdə yaşaması və çalışması ilə bağlı proqnoz isə dövlət proqramlarının real nəticələr verdiyini təsdiqləyir. Bu, bərpa və reinteqrasiya prosesinin formal deyil, canlı və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Müsahibədə Naxçıvanın həm Ermənistan, həm də İran üzərindən Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi perspektivi regional geosiyasətdə tamamilə yeni konfiqurasiya yaradır. Ağbənddə Araz çayı üzərində inşa edilən körpü, Zəngəzur dəhlizi ilə bağlı problemlərin aradan qalxması və Naxçıvan-Türkiyə dəmir yolu ideyası Azərbaycanın təşəbbüskar və nəticəyönümlü siyasətinin göstəricisidir. Cənab Prezidentin vurğuladığı kimi, faktiki olaraq Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bir bölgə kimi birləşdirilməsi tarixi-coğrafi ədalətin bərpasıdır. Bu yanaşma İkinci Qarabağ müharibəsində əldə edilən Qələbənin yalnız hərbi deyil, siyasi və psixoloji miqyasını da ortaya qoyur. Cənab Prezident İlham Əliyevin sülhə dair mesajları isə bu gücün dağıdıcı deyil, konstruktiv məqsədlərə xidmət etdiyini göstərir. Azərbaycan sülh istəyir, lakin bu sülh güclü dövlət iradəsi və milli maraqlara əsaslanmalıdır. Bu balanslı siyasət ölkəni regionda sabitliyin və inkişafın əsas təminatçısına çevirir".

“Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb like
  • 07 Yan 12:08  
Digərləri “Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi geniş

arrow Ətraflı
Azərbaycanda broyler şirkəti yenidən satışa çıxarıldı like
  • 07 Yan 12:06  
Digərləri Azərbaycanda broyler şirkəti yenidən satışa çıxarıldı

Zaqatala rayonunun Maqov kəndində yerləşən "Zaqatala Broyler" MMC

arrow Ətraflı
Narkotikin təsiri altında canlı açdılar, təhqirlər səsləndirdilər  İDDİA like
  • 07 Yan 11:50  
Digərləri Narkotikin təsiri altında canlı açdılar, təhqirlər səsləndirdilər İDDİA

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb

arrow Ətraflı
18 ay sonra ilk dəfə ayağa qalxdı like
  • 07 Yan 11:45  
Şou-biznes 18 ay sonra ilk dəfə ayağa qalxdı

Türk kinosunun əfsanəvi simalarından olan Kadir İnanır ağır müalicə v

arrow Ətraflı
Nurullayevlərin dəbdəbəli toyu  Aygün Kazımovaya 100, Nanəyə 25 min veriblər  FOTO like
  • 07 Yan 11:30  
Digərləri Nurullayevlərin dəbdəbəli toyu Aygün Kazımovaya 100, Nanəyə 25 min veriblər FOTO

Ötən gündən deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunu

arrow Ətraflı
Xırdalanda sosial eksperiment adı ilə 1350 manat oğurladılar like
  • 07 Yan 11:25  
Digərləri Xırdalanda sosial eksperiment adı ilə 1350 manat oğurladılar

Abşeron rayonu ərazisində bir nəfər üzləşdiyi qeyri-adi dələduzluq had

arrow Ətraflı
Kapital Bankın dəstəyi ilə 4cü “YAŞA” Mərkəzi istifadəyə verildi like
  • 07 Yan 11:20  
Digərləri Kapital Bankın dəstəyi ilə 4cü “YAŞA” Mərkəzi istifadəyə verildi

Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yük

arrow Ətraflı
"Arvadım camaatın içində bunu etməyimə nifrət edir"  like
  • 07 Yan 11:13  
Dünya "Arvadım camaatın içində bunu etməyimə nifrət edir"

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Respublikaçı qanunvericil�

arrow Ətraflı
Bu kollecə yeni təyinat olub like
  • 07 Yan 11:06  
Digərləri Bu kollecə yeni təyinat olub

Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyinat o

arrow Ətraflı
"3ün kruqunda" parking yaradıldı  Ən çox rayon taksiləri dayanırdı like
  • 07 Yan 10:55  
Digərləri "3ün kruqunda" parking yaradıldı Ən çox rayon taksiləri dayanırdı

Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında parking yaradı

arrow Ətraflı
Venesuela ABŞyə 50 milyon barel neft verəcək like
  • 07 Yan 10:51  
Dünya Venesuela ABŞyə 50 milyon barel neft verəcək

Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli

arrow Ətraflı
"Səsi yoxdur" dediyi Ayanın ifasına oynayıb, əlini ÖPDÜ like
  • 07 Yan 10:30  
Şou-biznes "Səsi yoxdur" dediyi Ayanın ifasına oynayıb, əlini ÖPDÜ

Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl sərt tənqid etdiyi

arrow Ətraflı
“WhatsApp”da yeni dövr başladı like
  • 07 Yan 10:22  
Digərləri “WhatsApp”da yeni dövr başladı

Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp&q

arrow Ətraflı
Bəzi ərazilərdə işıq olmayacaq  Saat 11:00dan like
  • 07 Yan 10:14  
Digərləri Bəzi ərazilərdə işıq olmayacaq Saat 11:00dan

Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fa

arrow Ətraflı