“Euronews” AZAL təyyarəsi qəzasının ildönümü barədə material yayımladı
Siyasət 25 Dek 2025 11:44:00 58 0
"Euronews" telekanalında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı material yayımlanıb.
Bu xəbəri də oxu: Maya Sandu İlham Əliyevi təbrik edib
Son.az xəbər verir ki, "Euronews"un materialında Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb.
Qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsələdə Rusiyanın məsuliyyət daşıdığını təkidlə vurğulayıb və nəticədə Rusiya Prezidenti ölkəsinin faciədəki rolunu etiraf edib.
"Sözügedən hadisədə həlak olan pilotların qəhrəmanlığı daha çox insan tələfatının qarşısını aldı", - süjetdə deyilir.
Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri "Euronews"a verdikləri açıqlamada pilotların müraciətinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində uçmağa məcbur olduğunu deyiblər.
"Hadisədən təxminən bir il sonra, Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib, kompensasiya təklif edilib", - qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.
Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxs
25.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Tə
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluq hadisəsi baş verib.
Siyəzəndə avtomobildə yanğın olub, iki yaşlı uşaq ölüb.
Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi m
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımov
Qusar rayonunda quruyaraq bataqlığa çevrilən məşhur "Bənövşə göl
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "A
Azərbaycanda 2026-cı il üzrə pul siyasətinin məqsədi və çərçivəsi a�
"Kent" markalı siqaretlərin satışı müvəqqəti dayandırılıb.
Böyük Britaniyada 19 yaşında lotereyada təxminən 10 milyon funt sterlinq (
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Dekabrın 25-dən Bakı şəhəri üzrə "BakuBus" MMC-yə məxsus bü
Təyyarə qəzasında həyatlarını itirənlərlə Azərbaycan xalqı, dünya a
"Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, n�
