2026cı il üçün inflyasiya proqnozu açıqlandı: AMBdən mühüm açıqlama


Digərləri 25 Dek 2025 10:20:00 49 0

2026cı il üçün inflyasiya proqnozu açıqlandı: AMBdən mühüm açıqlama

Azərbaycanda 2026-cı il üzrə pul siyasətinin məqsədi və çərçivəsi açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Gələn il Azərbaycanda pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq.

Məlumata görə, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

AMB bəyan edib ki, inflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.

AMB 2026-cı ildə illik inflyasiyanın 5,7 % olacağını gözləyir ki, bu da hədəf diapazonu daxilindədir. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə, əsasən, bu diapazonda qalacağını göstərir.

Gələn il də AMB inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını hər rüb yeniləyəcək. Eyni zamanda, əhali və müəssisələr arasında keçirilən sorğular əsasında ev təsərrüfatlarının və biznes subyektlərinin inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.

AMB növbəti ildə də pul siyasətinə dair qərarlar verərkən ölkə iqtisadiyyatına və inflyasiyaya təsir göstərə biləcək daxili və xarici amilləri, habelə riskləri hərtərəfli qiymətləndirəcək. Ümumilikdə, son illərdə inflyasiyanın risk balansında xarici amillərin payı əhəmiyyətli artıb. Ortamüddətli dövrdə bu amillərin payının yüksək olaraq qalacağı gözlənilir. Geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaq. Daxili risk faktorları isə, əsasən, təklif - xərc amilləri hesabına formalaşmaqdadır. Ortamüddətli dövr üzrə konservativ makrofiskal çərçivə və kredit qoyuluşları üzrə gözlənilən artım templəri məcmu tələbin izafi artımı riskini azaldır.

AMB daxili və xarici qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi proqnozları baza ssenari ilə yanaşı, alternativ ssenarilər üzrə hazırlanması təcrübəsini davam etdirəcək. Bu da inflyasiya risklərinin reallaşdığı təqdirdə, çevik siyasət reaksiyasını təmin edəcək.

Növbəti ildə pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək. Məzənnə sabitliyi qiymət sabitliyinin başlıca lövbəri kimi çıxış edəcək. Proqnozlara görə, növbəti ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması valyuta bazarında tarazlığı dəstəkləyəcək. Baza ssenari üzrə proqnozlara görə, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti 3 milyard ABŞ dolları səviyyəsində olmaqla, ÜDM-in 3,7 %-i səviyyəsində gözlənilir. AMB növbəti ildə də özünün valyuta ehtiyatlarının kifayətlilik meyarlarına uyğun saxlanılmasını və onun idarə edilməsinin təkmilləşdirilməsini diqqətdə saxlayacaq.

Pul siyasəti alətlərinin tətbiqi zamanı maliyyə bazarlarında baş verən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınacaq. Alətlərin istifadəsi pul siyasətindən kənar amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət edəcək.

AMB təhlil və proqnozlaşdırma potensialının artırılması gələn il də diqqətdə saxlanılacaq. Proqnozlaşdırma və siyasət təhlili sistemi çərçivəsində model aparatı qabaqcıl beynəlxalq təcrübələr əsasında mütəmadi təkmilləşdiriləcək, tədqiqatların əhatə dairəsi və analitik dərinliyi artırılacaq. Pul siyasəti qərarlarının qəbulunda nəzəri əsaslara söykənən və ekonometrik baxımdan adekvat model nəticələrindən istifadə artırılacaq. Böyük verilənlərin daha səmərəli təhlili, maşın öyrənməsi yanaşmalarının tətbiqinin genişləndirilməsi AMB-nin prioritet istiqamətlərindən biri olacaq.

İqtisadi subyektlərin gözlənti və davranışlarına təsir etmək üçün pul siyasətinin effektiv kommunikasiyası növbəti ildə də diqqət mərkəzində olacaq. Kommunikasiya fəaliyyətləri makroiqtisadi sabitliyin gücləndirilməsinə, hesabatlılığın artırılmasına, pul siyasətinin ictimaiyyət tərəfindən daha yaxşı anlaşılmasına, AMB-yə inamın möhkəmləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edəcək. Kommunikasiyada başlıca hədəf qrupları maliyyə bazarı iştirakçıları, media, akademik dairələr, iqtisadçı ekspertlər, sahibkarlar, hökumət və geniş ictimaiyyət olacaq. 2026-cı ildə öncədən ictimaiyyətə açıqlanmış qrafikə uyğun olaraq AMB-nin siyasət qərarlarına dair press-relizləri dərc ediləcək və müntəzəm mətbuat konfransları keçiriləcək. Rüblük əsasda analitik icmalların açıqlanması davam etdiriləcək. İctimaiyyətin məlumatlılığının və maliyyə savadlılığının artırılması istiqamətində sosial media platformalarında pul siyasətinin işləmə mexanizmini və tətbiq olunan alətləri izah edən qısa açıqlamalar paylaşılacaq.

AMB makroiqtisadi proqnozlarını və faiz dərəcələri üzrə qərarlarını formalaşdırarkən planlaşdırılan fiskal siyasət parametrlərini nəzərə alacaq. İqtisadi Şura qarşıdakı ildə də təşkilatlararası makroiqtisadi koordinasiyanın təmin edilməsində əsas və vacib rol oynayacaq.

Pul siyasətinin AMB-nin digər fəaliyyət istiqamətləri, xüsusən makroprudensial siyasətlə uzlaşdırılması davam etdiriləcək. Bu uzlaşdırma qurumun daxili kollegial orqanları, o cümlədən Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi vasitəsilə həyata keçiriləcək. Ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması, nağdsız ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və maliyyə sisteminin dayanıqlılığına müsbət təsir edən amillər olacaq.

İqlim dəyişikliklərinin makroiqtisadi təsirləri və "yaşıl maliyyə təşəbbüsləri"nin dəstəklənməsi məsələləri diqqətdə saxlanılacaq. İqlim dəyişikliklərinin inflyasiya dinamikasına, iqtisadi artıma və maliyyə sektoruna birbaşa və dolayı təsirləri üzrə qiymətləndirmələr davam etdiriləcək.

AMB-nin rəqəmsal valyutasının tətbiqi üzrə siyasət məqsədlərinin müəyyən edilməsi, müvafiq yol xəritəsinin hazırlanması üzərində işlər davam etdiriləcək. Bu işlərə prioritet istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, potensial risk və faydaların qiymətləndirilməsi, eləcə də maliyyə sektoru üzrə daha geniş strategiyaya uyğunlaşdırılmış mərhələli tətbiq planının hazırlanması daxildir.

Azərbaycanda bu siqaretlərin satışı müvəqqəti dayandırıldı  Bahalaşacaq like
  • 25 Dek 10:15  
Digərləri Azərbaycanda bu siqaretlərin satışı müvəqqəti dayandırıldı Bahalaşacaq

"Kent" markalı siqaretlərin satışı müvəqqəti dayandırılıb.

arrow Ətraflı
Milyonları göyə sovurdu, zibilyığan oldu like
  • 25 Dek 10:10  
Dünya Milyonları göyə sovurdu, zibilyığan oldu

Böyük Britaniyada 19 yaşında lotereyada təxminən 10 milyon funt sterlinq (

arrow Ətraflı
907ci düzəliş institusional rudiment və lobbiçilik aləti kimi like
  • 25 Dek 09:59  
Siyasət 907ci düzəliş institusional rudiment və lobbiçilik aləti kimi

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
“BakuBus” avtobuslarında NFC ilə ödəniş tam aktivləşdirildi like
  • 25 Dek 09:56  
Digərləri “BakuBus” avtobuslarında NFC ilə ödəniş tam aktivləşdirildi

Dekabrın 25-dən Bakı şəhəri üzrə "BakuBus" MMC-yə məxsus bü

arrow Ətraflı
“Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun...” like
  • 25 Dek 09:52  
Digərləri “Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun...”

"Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, n�

arrow Ətraflı
“Hökumənin ən böyük arzusu ...” – Milli Qəhrəmanın atası açıqladı like
  • 25 Dek 09:50  
Digərləri “Hökumənin ən böyük arzusu ...” – Milli Qəhrəmanın atası açıqladı

"Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. İllər keçs�

arrow Ətraflı
Atam uçuşu bitirib Yeni İli bizimlə qeyd etmək istəyirdi  İqor Kşnyakinin qızı like
  • 25 Dek 09:46  
Digərləri Atam uçuşu bitirib Yeni İli bizimlə qeyd etmək istəyirdi İqor Kşnyakinin qızı

Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi ar

arrow Ətraflı
62 yaşlı Xalq artisti toyu üçün Putindən icazə alacaq: 19 yaşlı qızla EVLƏNİR like
  • 25 Dek 09:45  
Şou-biznes 62 yaşlı Xalq artisti toyu üçün Putindən icazə alacaq: 19 yaşlı qızla EVLƏNİR

Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora K

arrow Ətraflı
Avro və rubl ucuzlaşdı like
  • 25 Dek 09:23  
Digərləri Avro və rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Azər Qəribə vəzifə verildi like
  • 25 Dek 09:08  
Digərləri Azər Qəribə vəzifə verildi

Aparıcı Azər Qəribə vəzifə verilib.

arrow Ətraflı
Prezident İlham Əliyev AZAL faciəsinin ildönümü ilə bağlı paylaşım edib  FOTO like
  • 25 Dek 08:05  
Siyasət Prezident İlham Əliyev AZAL faciəsinin ildönümü ilə bağlı paylaşım edib FOTO

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında AZAL faciəsinin ildö

arrow Ətraflı
Hamam kafeli necə yuyulmalı?  Mükəmməl parıltının sirri like
  • 25 Dek 07:07  
Digərləri Hamam kafeli necə yuyulmalı? Mükəmməl parıltının sirri

Vanna otağını təmiz saxlamaq təkcə estetika deyil, həm də gigiyena məs�

arrow Ətraflı
Mətbəxdə taxta qaşıqdan istifadə təhlükəlidirmi? like
  • 25 Dek 04:04  
Digərləri Mətbəxdə taxta qaşıqdan istifadə təhlükəlidirmi?

Taxta qaşıqlar uzun illərdir mətbəxlərin ayrılmaz hissəsidir. Ancaq son

arrow Ətraflı