Peter Pelleqrini İlham Əliyevi təbrik edib
Siyasət 23 Dek 2025 22:06:00 85 0
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib.
Son.az xəbər verir ki, təbrikdə deyilir:
"Əziz dost.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində şəxsi xidmətlərinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Məmnuniyyətlə qeyd edirəm ki, münasibətlərimiz ən yüksək səviyyədədir və bunu Slovakiyaya bu yaxınlarda etdiyiniz ilk rəsmi səfər də əyani şəkildə nümayiş etdirdi. Bu səfər qarşılıqlı anlaşmamızın dərinləşməsinə əhəmiyyətli dərəcədə töhfə vermiş və ortaq maraq doğuran müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasına rəsmi səfər etməyim üçün xoş dəvətinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm, bu dəvəti məmnuniyyətlə qəbul etdim. Gələn il gözəl ölkənizə yenidən səfər etmək şərəfinə nail olacağımı, bu dəfə rəsmi olaraq səfər edəcəyimi və əməkdaşlığımızın daha da dərinləşdirilməsi ilə bağlı dialoqumuzu davam etdirəcəyimizi səbirsizliklə gözləyirəm.
Zati-aliləri cənab Prezident, Sizə səmimi- qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bol enerji arzulayıram. Qoy ailənizlə, xüsusən də doqquz nəvənizlə birlikdə sevinc dolu anlar yaşayasınız, onlar Sizə, şübhəsiz ki, əvəzsiz sevincli anlar bəxş edirlər. Ölkənizə xidmət etməkdə və Azərbaycan xalqına sülh və firavanlıq gətirməkdə Sizə davamlı uğurlar arzulayıram.
Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm. Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm. 2026-cı ildə Sizə ən xoş arzularımı çatdırıram". Son.az
Məşhur aktrisa Zarina Qurbanova səsi ilə heyran edib.
Ədliyyə Nazirliyinin Sənəd dövriyyəsi və vətəndaşların müraciətlər
Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Röya Ayxanla birlikdə işləyirm
İran İraqın elektrik stansiyaları üçün qaz tədarükünü dayandırıb.
Dekabrın 23-də Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müd
Türk aktrisa Gupse Özay maraqlı açıqlaması ilə diqqət çəkib.
Türkiyədə gələn il üçün tətbiq olunacaq minimum əməkhaqqının məbl�
Xalq artisti Eyyub Yaqubov ailə dəyərləri və qadın-kişi münasibətləri
Əməkdar artist Səbinə Babayeva geyim tərzi ilə diqqətləri üzərinə �
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb.
Türkiyədə ingilis dili müəlliminin geyimi ilə bağlı yayılan görüntü
2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözl
Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdul
