Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib


Siyasət 23 Dek 2025 19:10:00 74 0

Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 23-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.

O, 2016-cı ilin Aprel döyüşləri, muzdlular və s. barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks fikirlərini səsləndirib.

L.Mnatsakanyan Aprel döyüşlərinin planlaşdırılmasında ittiham edildiyini, lakin bunun belə olmadığını söyləyib. O, Aprel döyüşlərində hər şeyin qondarma rejimin "müdafiə rayonlarında" və "diviziyalarda" baş verdiyini və döyüşləri onların özləri tərəfindən idarə olunduğunu iddia edib.

Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı mülki obyektlərin zərər çəkməsi barədə danışarkən mülki obyektlərin qəsdən vurulmadığını, hərbi obyektləri hədəf aldıqlarını iddia edib.

O, "müdafiə ordusu"nun (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsi - red.) silahları Ermənistan silahlı qüvvələrindən aldığını söyləyib.

Vaxtilə artilleriya briqadasının komandiri olmuş L.Mnatsakanyan artilleriya zərbələri nəticəsində meşələrə zərər vurulmasında və abidələrin dağıdılmasında ittiham olunması barədə də danışıb. Təqsirləndirilən şəxs bu ittihamı da qəbul etməyib və bildirib ki, abidəyə zərəri digər silahlar da vura bilərdi. O, həmin silahları sadalayıb: "Artilleriyadan başqa bu silahlardan da istifadə olunurdu: tanklar, piyadaların döyüş maşınları, minaatanlar, əl qumbaraları və sair".

Təqsirləndirilən şəxs Tunel və Başlıbel hadisələrində (Tunel və Başlıbel qətliamları - red.) iştirak etmədiyini, yaralanması ilə əlaqədar həmin vaxt müalicə aldığını, fizioterapiya kursu keçdiyini söyləyib və əlavə edib: "O zaman mərkəzi müdafiə rayonunun artilleriyası hələ yeni formalaşırdı".

Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az

Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirdi like
  • 23 Dek 19:08  
Digərləri Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirdi

Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb.

arrow Ətraflı
Gündəm olan müəllim azərbaycanlı imiş like
  • 23 Dek 19:06  
Digərləri Gündəm olan müəllim azərbaycanlı imiş

Türkiyədə ingilis dili müəlliminin geyimi ilə bağlı yayılan görüntü

arrow Ətraflı
Siqaretin nə qədər bahalaşacağı bilindi  QİYMƏT like
  • 23 Dek 18:56  
Digərləri Siqaretin nə qədər bahalaşacağı bilindi QİYMƏT

2026-cı ilin yanvarından Azərbaycanda siqaretlərin qiymətində artım gözl

arrow Ətraflı
Siyahıda Ata Abdullayev də var? like
  • 23 Dek 18:43  
Digərləri Siyahıda Ata Abdullayev də var?

Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdul

arrow Ətraflı
Pezeşkian İlham Əliyevə zəng edib like
  • 23 Dek 18:42  
Siyasət Pezeşkian İlham Əliyevə zəng edib

Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Az�

arrow Ətraflı
Elşad Abdullayevə hökm oxundu like
  • 23 Dek 18:40  
Digərləri Elşad Abdullayevə hökm oxundu

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abd

arrow Ətraflı
Azərbaycanda asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan edilir like
  • 23 Dek 18:37  
Digərləri Azərbaycanda asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan edilir

Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləc

arrow Ətraflı
Sahil Babayev qərar imzaladı like
  • 23 Dek 18:31  
Digərləri Sahil Babayev qərar imzaladı

Maliyyə Nazirliyinin Kollegiyası "İctimai Sektor üçün Mühasibat Uço

arrow Ətraflı
Türkanın səsi batdı, müalicəyə başladı like
  • 23 Dek 18:29  
Şou-biznes Türkanın səsi batdı, müalicəyə başladı

Müğənni Türkan Vəlizadənin səsi batıb.

arrow Ətraflı
Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanıldı like
  • 23 Dek 18:21  
Digərləri Şəhid bulağından və avtomobillərdən oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Qənimət Zahidova hökm oxundu like
  • 23 Dek 18:12  
Digərləri Qənimət Zahidova hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndiril

arrow Ətraflı
Röya və Aygün duet oxuyacaq like
  • 23 Dek 18:00  
Şou-biznes Röya və Aygün duet oxuyacaq

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımova ilə duet oxumasından danı

arrow Ətraflı
İddia sənədinin verilmə tarixi bu şəkildə müəyyən ediləcək like
  • 23 Dek 17:54  
Digərləri İddia sənədinin verilmə tarixi bu şəkildə müəyyən ediləcək

İddia sənədinin verilmə tarixinin müəyyən edilməsi qaydaları müəyyən

arrow Ətraflı
ChatGPT yeniləndi like
  • 23 Dek 17:50  
Dünya ChatGPT yeniləndi

"OpenAI" şirkəti "ChatGPT" tətbiqinə yeni fərdiləşdir

arrow Ətraflı
Gürcüstanda yeni il "yolka"sı alışıb yandı like
  • 23 Dek 17:40  
Dünya Gürcüstanda yeni il "yolka"sı alışıb yandı

Gürcüstanda Yeni il ağacı işıqlandırılan zaman alışıb

arrow Ətraflı